Məhkəmə qərarları › İş №3(009)-995/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-995/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-995/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, X3 Səbail rayon DYPŞ-nin 31 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: X1 rayon DYPŞ-nin 31 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati protokoldan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, O, xx.xx.2024-cü il tarixində gecə saat 21:05 də Bakı şəhəri,Səbail rayonu,Mikayıl Üseynov 33,ünvanında ona məxsus BMW F10 markalı dövlət nömrə nişanı ** JJ *** olan avtomobili ilə yolda hərəkət edən zaman xidməti avtomobili dövlət qeydiyyat nişanı ** YP *** olan, Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X8 oglu tərəfindən,onun idarə etdiyi yuxarıda qeyd etdiyi avtomobili saxlanılaraq,heç bir əsas olmadan heç bir səbəb olmadan, qəti etirazlarına baxmayaraq,ona qulaq asmadan,kobud formada barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək,sürəti ona verilmişdir. İnspektor öz protokolunda guya onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini göstərsə də, ancaq həmin maddədə nəzərdə tutulmuş hansı inzibati xətanı törətməsi və necə, hansı şəraitdə törətməsini göstərməmişdir-Bu barədə inspektorun protokolunun «müəyyən edildi» hissəsində da bir kəlmə olsun söz yazılmayıbdır. İnspektor protokolunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsini rəhbər tutaraq, tərtib etdiyini göstərir. Lakin həmin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsi protokolun tərtib olunma formasını deyil, konkret inzibati xətanın əlamətlərini özündə əks etdirir. O qeyd olunan protokola öz qəti etirazını bildirsə də heç bir əsas olmadan heç bir səbəb olmadan inspektor tərəfindən inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək,sürəti ona verilmişdir. O Bakı şəhəri Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 özünün günahlarının nədən ibarət olduğunu soruşduqda, sonuncu bildirdi ki, guya ki, onun avtomobilində normativ tələblərini pozmaqla hər-hansısa avadanlığın quraşdırılması hallarına yol verilmişdir. Ona polis serjantına özünün avtomobilində normativ tələblərini pozmaqla hər-hansısa avadanlığın quraşdırılması olmadığını bildirsə də,o istədiyi qararı vermək onun səlahiyyətində olduğunu və onun fikirinin onun üçün hec bir əhəmiyyətinin olmadığını bildirmişdir. O inspektorun öz tam əsassız və qanunsuz fantaziyası və fərziyyəsi əsasında tərtib olunmuş qararla 150(yüz əlli) manat miqdarında cərimə olunub. Əlavə olaraq onuda qeyd etmək istəyir ki, Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X8 oglu tərəfindən,onun idarə etdiyi yuxarıda qeyd etdiyi avtomobil xx.xx.2024-cü il saat 21:05 də saxlanılsa da ona X7 Protokol 19:14 də tətbiq olunmuşdur. Bunun özü də həmin X7 Protokolun düzgün tətbiq olunmamasından xəbər verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə əsasən ... 124.2. inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli vəzifəli şəxsə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xatalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xata haqqinda iş uzrə icraat apanlan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razilaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqinda qərar çıxarılır. 124.3. Barəsində inzibati xəta haqqinda iş üzrə icraat aparilan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşılmadıqda, səlahiyyətli vəzifəli şəxs X7 protokol tərtib edir. Lakin o inzibati xətanın törədilməsi ilə qəti razılaşmasa da, buna baxmayaraq, Bakı şəhəri Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X8 oglu X7 protokol tərtib etmişdir. Qeyd etmək istəyir ki,həmin sözü gedən protokol xx.xx.2024-cü il tərtib olunsada qərara vurulma tarixi xx.xx.2024-çü il tarixidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən « 126.1. Barəsində inzibati xəta haqqinda iş uzrə qarar qəbul edilmiş şəxs .. 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış,fiziki şəxs inzibati xəta haqqinda iş üzrə qərardan şikayat verə bilər.İnzibati xəta haqqinda iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən inzibati xəta haqqinda iş üzrə səlahiyyətli vəzifəli şəxsin qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər.X7 iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd edilənlərə əsasən, o haqlı olaraq, belə hesab edir ki, Bakı şəhəri Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X8 oglu tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* saylı sürücü X4 inzibati tənbeh vermə haqqındakı protokol tam əsassız və qanunsuz olduğundan, həmin protokol ləgv olunmalıdır. Bakı şəhər Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X8 oglu tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* saylı sürücü X4 inzibati tənbeh vermə haqqında protokol tam əsassız və qanunsuz olduğundan, hamin qərarın ləğv olunması barədə müvafiq məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Daha sonra X5 məhkəməyə 30 aprel 2024-cü il tarixli ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati protokoldan şikayətçi olmadığı üçün məhkəmə işini baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edilir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X7 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Səbail rayon DYPŞ-nin 31 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Səbail rayon DYPŞ-nin 31 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar