Məhkəmə qərarları › İş №3(009)-998/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-998/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-998/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli, 00100-1116/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının “X2 X3. Tic. Anonim” şirkətindən 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında İK0202202 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş “Bristol” markalı ümümi çəkisi 23726,00 kq olan qida kartonu yükü **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilərkən **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı sözügedən mallara dair tərtib edilmiş invoys sənədlərində geyd edilən malların dəyəri arasında uyğunsuzlug aşkar edilmişdir. Belə ki, həmin mallara dair tərtib edilmiş **********1098 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gısa idxal bəyannaməsində, həmçinin, sözügedən gısa idxal bəyannaməsinə əlavə edilmiş İK0202202 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədində malların ümumi invoys dəyəri 39202,85 ABŞ dolları göstərildiyi, lakin eyni mallara dair tərtib edilmiş **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində və həmin gömrük bəyannaməsinə əlavə edilmiş eyni nömrəli və eyni tarixli invoys sənədində isə malların ümumi invoys dəyəri 29586,32 ABŞ dolları göstərildiyi müəyyən edilmişdir. Şəxs MMC tərəfindən idxal edilən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. İş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə əmtəəşünaslıg ekspertizası təyin edilməli olduğu və ekspertiza tədqiqatlarının nəticələrinə dair (malların orta bazar qiymətinin müəyyən edilməsi üçün) rəy alınması üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400- 013/0xx-xx/002381 nömrəli 20.04,2022-ci il tarixli məktubla müraciət olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/2879 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, “Bristol” markalı, qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağızın 1 tonunun xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin 3650,00 manat, 23,726 tonun (23726,00 kq) qiymətinin isə 86600,00 manat olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən ümumilikdə orta bazar qiyməti 86600,00 manat olan ümümi çəkisi 23726,00 kq “Bristol” markalı, qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağız yükünün gömrük dəyərinin müəyyən edilməsi və həmin qomruK aəvərı na **********1736 sorğu nömrəli 14,04.2022-ci il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilmiş gömrük dəyəri arasında fərqin olub-olmaması, olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/011463 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/Q-12/011633 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********1736 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş ümümi çəkisi 23726,00 kq “Bristol” markalı qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağız yükünün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən ümumilikdə orta bazar qiyməti 86600,00 manat olduğu təqdirdə bu hal gömrük ödənişlərinin məbləğinə təsir etmir və gömrük ödənişlərinin məbləği dəyişmir. Beləliklə də, Şəxs MMC tərəfindən gömrük orqanına gömrük ödənişlərinin (borcunun) məbləğinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir, belə ki, şirkət tərəfindən Türkiyə Respublikasının “X2 X4. Tic. Anonim” şirkətindən 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında İK0202202 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş ümumi çəkisi 23726,00 kq olan “Bristol” markalı, qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağız yükünün ümumi invoys dəyəri **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində 29586,32 ABŞ dolları bəyan edildiyi halda, eyni mallara dair tərtib edilmiş **********1098 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 39202,85 ABŞ dolları bəyan edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Qanuni nümayəndə izahatında inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, direktoru olduğu şirkət ticari kağızların (qablaşdırma, qida, printer, reklam, kataloq kağızları) müxtəlif ölkələrdən idxalını, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X2 X4. Tic. Anonim” şirkətindən 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında 42 rulon ümumi çəkisi 23726 kq olan “Selectra Bristol” markalı qida kartonu yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxal edilən mallar Türkiyə Respublikasının “X2 X4. Tic. Anonim" şirkəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında sifariş edilmiş, sözügedən malların sifarişini özü həyata keçirmiş, idxal edilmiş mallar Şəxs MMC-yə məxsusdur, 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş sözügedən malların qiymətləri onun tərəfindən razılaşdırılmış, **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumi invovs dəyəri 29586,32 ABŞ dolları təşkil edir, Türkiyə Respublikasının “X2 X3. Tic. Anonim” şirkətindən 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş mallara görə ödənişlər qabaqcadan tam səkildə “Paşa Bank” ASÇ vasitəsilə həyata keçirilmiş, idxal edilmiş mallara görə 31250 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş, həmin məbləğdən 29586,32 ABŞ dolları 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara görə, 1663,68 ABŞ dolları isə digər nəqliyyat vasitəsində şirkətin ünvanına daxil olmuş mallara görə ödənilmiş, həmin ödənişləri təsdiq edən köçürmə sənədi gömrük bəyannaməsinə əlavə edilmişdir, köçürmə sənədində qeyd edilən nömrə və tarix proforma invovs sənədinə aiddir, qeyd edilən proforma invoys sənədi əvvəlcədən sifariş edilən mallar üçün tərtib edilmiş, sonradan sifariş edilən malların istehsala görə çəkisi dəyişdiyi səbəbindən yeni sənəd, yəni invoys sənədi tərtib edilmiş, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X2 X4. Tic. Anonim” şirkətindən 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında daxil olmuş malların ümumi invoys dəyəri 29586,32 ABŞ dolları təşkil edir, həmin qiyməti təsdiq edirlər, mallara dair qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün ixracatçı şirkət tərəfindən sənədlər göndərilmiş, göndərilən invoys sənədində malların qiyməti 39202,85 ABŞ dolları göstərilmiş, bu barədə əvvəlcədən məlumatları olmamış, şirkət tərəfindən idxa edilmiş mallara dair bəyannamələr tərtib edilərkən malmüşayiət sənədləri tərəfindən yoxlanılır, sonradan bəyannamələr tərtib edilir, sözügedən qısa idxal bəyannaməsi tərtib edilərkən Bakı şəhərində olmadığı üçün mal-müşayiət sənədlərini yoxlaya bilməmiş, şirkətin əməkdaşları isə invovs sənədində olan qiymətlərə diqqət etməmişdirlər, mallar ölkə ərazinə daxil olduqdan sonra gömrük bəyannaməsinin tərtib edilməsi üçün sənədləri yoxlayarkən invoys sənədində malların dəyərinin 39202,85 ABŞ dolları olduğunu görmüş, bundan sonra yükü göndərən şirkətlə əlaqə saxlamış, malların dəyərinin hansı səbəbdən invoys sənədində 29586,32 ABŞ dolları deyil, 39202,85 ABŞ dolları yazıldığını soruşmuş, həmin şirkətin əməkdaşı isə texniki səhvin baş verdiyini, bu işlə məşğul olmalı olan şəxsin məzuniyyətdə olduğunu, invoys sənədinin digər əməkdaş tərəfindən tərtib edildiyini, sənəd tərtib edilərkən texniki səhv nəticəsində malların dəyərinin düzgün yazılmadığını və düzgün olan invovs sənədini tezliklə göndərəcəyini bildirmiş, sonradan dəyəri 29586,32 ABŞ dolları olan invoys sənədi göndərilmiş, gömrük bəyannaməsi də həmin invoys sənədi əsasında tərtib edilmiş, nəticədə **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində malların ümumi invovs dəyəri 29586,32 ABŞ dolları göstərilmişdir, malların statistik dəyərinə, bazarda satış qiymətinə əsasən həmin malların invovs dəyərinin 39202,85 ABŞ dolları olması mümkün deyildir, dəyəri 39202,85 ABŞ dolları olan invoys sənədində malların qiyməti texniki səhv nəticəsində düzgün göstərilməmişdir, malların dəyəri fərqli olan invovs sənədlərinin tarixinin və nömrəsinin hansı səbəbdən eyni olması barədə isə heç bir məlumatı yoxdur. Qeyd edilən halın Şəxs MMC-nin təqsiri nəticəsində baş vermədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin (**********) ünvanına 08AAL116/08K4113 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə daxil olmuş və **********1736 nömrəli GB-si ilə bəyan olunan yüklərin sənədləri araşdırılarkən QİBnə əıa.ə edilmiş İK0202202 nömrəli xx.xx.2022 tarixli invoysda malların ümumi invoys dəyə” 39202,85 dollar göstərildiyi lakin **********1736 saylı GB-sinə əlavə edilmiş eyn; nömrəli və eyni tarixli invoysda isə malların ümumi invoys dəyəri 29586,32 dollar göstərildiyi müəyyən edilmişdir. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportundan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********1736 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş ümümi çəkisi 23726,00 kq “Bristol” markalı qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağız yükünün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən ümumilikdə orta bazar qiyməti 86600,00 manat olduğu təqdirdə bu hal gömrük ödənişlərinin məbləğinə təsir etmir və gömrük ödənişlərinin məbləği dəyişmir. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportundan görünür ki, Şəxs MMC tərəfindən gömrük orqanına gömrük ödənişlərinin (borcunun) məbləğinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir, belə ki, şirkət tərəfindən Türkiyə Respublikasının “X2 X4. Tic. Anonim” şirkətindən 08AAL116/08K4113 nömrə nişanlı yük avtomaşınında İK0202202 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş ümumi çəkisi 23726,00 kq olan “Bristol” markalı, qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağız yükünün ümumi invoys dəyəri **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində 29586,32 ABŞ dolları bəyan edildiyi halda, eyni mallara dair tərtib edilmiş **********1098 sorğu nömrəli xx.xx.2022- ci il tarixli qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 39202,85 ABŞ dolları bəyan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli 9/1937 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, “Bristol” markalı, qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağızın 1 tonunun xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 3650,00 manat, 23,726 tonun (23726,00 kq) qiyməti isə 86600,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, **********0901 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların çəkisinin fərqli olmasına müəyyən edilsə də, qeyd edilən uyğunsuzluğun Şəxs MMC-nin təqsiri səbəbindən baş verməsi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMCyə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətləri, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar