Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-999/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* nömrəli İnzibati X11 qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail RPİ-nin 8-ci PB-nin 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* nömrəli inzibati X11 qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 mart 2021-ci il tarixdə saat təxminən 21:30 radələrində X12 dayanacağında nişanlısı X5 etibarnamə ilə idarə etdiyi BMW X-5 minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomaşında söhbət etdikləri zaman Səbail rayon 8-ci Polis Bölməsinin əməkdaşları onlara yaxınlaşaraq tibbi maskadan istifadə etmədiklərini bildirmiş və ******* sayiı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyi göstərilmişdir. Lakin, sonradan telefonuna gələn SMS-də onun İXM-nin 211.3-cü maddəsinə əsasən 200 manat cərimə olunmağına dair 22 mart 2021-ci il tarixli qərar qəbul edildiyi göstərilmişdir. Halbuki, İXM-nin 211.2-ci maddəsinin tələbinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına götə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinin tələbinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati X11 qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xəta haqqında protokolda bir maddə qərarda isə tamamilə başqa maddə göstərilmişdir. Onun tərəfindən ümumiyyətlə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilməmişdir. Belə ki, o idarə etdiyi avtomaşında nişanlısı ilə birlikdə tibbi maskasız əyləşmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarından göründüyü kimi şəxsi avtomobildə tibbi maskadan və ya başqa qoruyucu vasitədən istifadə edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa protokol imzalanmamış və heç bir sübuta istinad ediməmişdir. Səbail rayon Məhkəməsinin 3(009)-811/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə Səbail RPİ-nin 8-ci X9 X11 18 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli Qərarı şikayətə əlavə etmədiyi üçün şikayəti geri qaytarılmışdır. Səbail RPİ-nin 8-ci X9 X11 18 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli Qərarının surəti yalnız 19 aprel 2021-ci il tarixdə ona təqdim edilmişdir. Onun barəsində qəbul edilmiş Səbail RPİ-nin 8-ci X9 X11 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* nömrəii Qərarının ləğv edilməsi və barəsində İXM-nin 211-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. X3 və inzibati X11 qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati X11 protokoldan görünür ki, 18 mart 2021-ci il tarixdə X12 yaxınlığında avtomobildə ailə üzvü olmayan X7 ilə birgə tibbi maskadan istifadə etməmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati X11 qərardan görünür ki, 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati X11 protokola əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1.şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, tak si, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bununla bağlı məhkəmə hesab edir ki, göründüyü kimi qeyd edilən normativ hüquqi aktlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi nəzərdə tutulmuş, bununla bağlı hər hansı istisna hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati X11 qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati X11 qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-999/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-999/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver