Məhkəmə qərarları › İş №3(010)-1/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1/2021 15.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə təqsirli bilinərək 3.500 manat miqdarında cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X3 İdarəsi tərəfindən MN ******* saylı qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddəsi ilə 3500 manat cərimə edilmişdir. O, inzibati xəta törətməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X3 İdarəsi tərəfindən qəbul edilmiş qərar həqiqəti əks etdirmir. Ekologiya və X4 əməkdaşları tərəfindən Nizami rayonu ərazisində yerləşən “Xəmsə” restoranında xx.xx.2018-ci il tarixdə aparılmış monitorinq zamanı aparılmış ölçmələrin nəticəsində manqaldan atmosferə atılan tulantıların ətraf mühitə təsirinin normadan artıq olması və ətraf mühitə təsirlərin azaldılmasına görə xüsusi qurğuların istifadə edilməməsi göstərilərək həmin tarixdə akt tərtib edilmişdir. Hesab edir ki, onun barəsində xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 tərəfindən çıxarılmış MN ******* saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 tərəfindən MN ******* saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional ekologiya və X4 rəisi Vaqif Cavadov apellyasiya qaydasında şikayət verərək, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və 11 saylı regional ekologiya və X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı xx xxxxxx 2018-ci il tarixli qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1169/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. İnzibati xəta tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılıb araşdırılması üçün Suraxanı rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən şikayət qismən təmin olunmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə təqsirli bilinib 3.500 manat miqdarında cərimə olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilərək, qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X6 göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisi Vaqif Cavadov apellyasiya şikayəti verərək, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və 11 saylı Regional Ekologiya və X4 MN seriyalı ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2283/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və X4 rəisi Vaqif Cavadov tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin X2 barəsində olan 3(010)–8/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.. İnzibati material Suraxanı rayon məhkəməsinə xx.xx.2020-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı xx.xx.2021-ci il tarixinə saat 09:30-a təyin edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və X7 və şikayətçi hazırki şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və X4 nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və X4 nümayəndəsinin və şikayətçinin iştirakı olmadan, işdəki və məhkəmə gedişatı zamanı işə əlavə edilmiş müvafiq sübutlar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli İnzibati xıəta haqqında protokoldan görünür ki, Nizami rayonu, M.Əliyev küçəsi 2403/04-cü məhəllə ünvanında fəaliyyət göstərən “Xəmsə” restoranında atmosferə atılan tullantıların normadan artıq olması və təmizləyici qurğuların quraşdırılmamamışdır. X1 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə təqsirli bilinərək 3.500 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən X5 "Xəmsə" şadlıq sarayının icarə müqaviləsi əsasında icarəçisidir və müqavilə münasibətləri üzrə öhdəliklər daşıyır. Məhkəmə qeyd edir ki, şadlıq sarayının “İcarə müqaviləsi” əsasında və ya belə müqavilə olmadan fəaliyyət göstərməsi birbaşa sahibkarlıq fəaliyyətidir və belə olan halda X5 hüquqi şəxs yaratamadan icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və o, vəzifəli şəxsdir. Bundan əlavə, X5 ilk dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayəti ilə müraciət edərkən həmin şikayətində barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən və həmin protokol əsasında qərar çıxarılarkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 61, 100.1.7, 100.2 və 100.4-cü maddələri ilə nəzərdə tutulmuş prosessual pozuntulara yol verilmədiyindən, hüquqlarının pozulmasını mübahisələndirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Nizami rayonu, M.Əliyev küçəsi 2403/04-cü məhəllə ünvanında fəaliyyət göstərən “Xəmsə” restoranında atmosferə atılan tullantıların normadan artıq olmuş və təmizləyici qurğular quraşdırılmamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114.1, 128-129, 135-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 rəisinin xx xxxxxx 2018-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar