Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-10/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 07 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(010)-3966/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(010)-3966/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən ondan 19.03.2019-cu il təvəllüdlü X5 və 30.08.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ümumilikdə 350 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq heç yerdə işləmir, fərdi əmək müqabilində alimenti ödəmək üçün müəyyən qədər gəliri olur ki, bu gəlirin 70 faizindən çoxunu alimenti ödəmək üçün xərcləyir. Belə ki, o, 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında, həmçinin 2022ci il yanvar ayında yaranmış aliment borcundan tələbkara müəyyən ödənişlər etmişdir. Həmçinin onun səhhətində problem yaranmışdır. Belə ki, gözündən əməliyyat olunmuşdur. Bununla belə o, aliment ödəməkdən boyun qaçırmır. Bundan sonra da mütəmadi olaraq ödənişlər edəcək və yaranmış aliment borcunu ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 07 dekabr 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X2 göstərmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.03.2019-cu il təvəllüdlü X5 və 30.08.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ümumilikdə 350 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. 01.09.2021-ci il tarixdə icraata başlanılmış və borclunun ünvanına tələbin könüllü icra olunması barədə bildiriş göndərilmişdir. Lakin borclu borcunu ödəmir. Borclu şöbəyə dəvət olunmuş, izahatı alınmış və icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(010)-3966/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 19.03.2019-cu il təvəllüdlü X5 və 30.08.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 01 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(010)-3966/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış və borclu Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif edilmişdir. Şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə, həmçinin, 2022-ci ilin yanvar ayı üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(010)-3966/2021 nömrəli icra sənədinə əsasən X3 ümumilikdə 360 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(010)-3966/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X3 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə, həmçinin, 2022-ci ilin yanvar ayı üzrə ümumilikdə 360 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(010)-3966/2021 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayon Məhkəməsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.İsmayılov prospekti 18 İş № 3(010)-82/2019 15 yanvar 2019-cu il Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisi, cənab Nazim Nərimanov Hörmətli Nazim müəllim! Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-82/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti . Hörmətlə, HAKİM: Elnur Nuriyev Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayon Məhkəməsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.İsmayılov prospekti 18 İş № 3(010)-82/2019 15 yanvar 2019-cu il X6 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 8, yataqxana 1 X4 Bakı şəhəri, Xətai rayonu, X12 4, ev 3A, mənzil 17 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-82/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti . HAKİM: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-10/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-10/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver