Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-10/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakları ilə, X4, 31 oktyabr 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2W9G9HC, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 polis kapitanı X3 qəbul etdiyi 16 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 oktyabr 2022-ci il tarixdə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 polis kapitanı X3 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 16 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarı ilə X6 60 manat məbləğində inzibati cərimə olunmuşdur. 08 fevral 2023-cü il tarixdə X4 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 polis kapitanı X3 qəbul etdiyi 16 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X6 şikayəti ərizəsini müdafiə edərək, izahat verərək bildirmişdir ki, 3 oktyabr 2022-ci il səhər saat 7-8 radələrində qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanından özünə məxsus “Chevrolet Orlando" markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilimlə hərəkətə başlamışdır. Yaşadığı Bakı şəhəri, Surxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi ilə hərəkət edərkən birdən böyük bir zərbənin təsirini hiss etmiş və nəqliyyat vasitəsi yerində zərbənin təsirindən sağ tərəfə dönərək yolun kənarındakı hasara çırpılmış və nəticədə avtomobili yararsız hala düşmüşdür. Qeyd edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb vətəndaş X5 məsuliyyətsizliyi, idarəetməni itirməsi olmuşdur. Belə ki, hadisə zamanı o, aşağı surətlə yolun ona aid hissəsində hərəkət etdiyi zaman X5 idarə etdiyi 77- DE-371 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edərək döngədən çıxmış, onun idarə etdiyi maşını sağ arxa qapının arxası və sağ arxa təkərindən vurmuş, sürətini saxlaya bilməyərək onu yolun ortasına oradan hərəkət edən “Mercedes Sprinter” markalı maşına vurmuş və sürətini ala bilməyərək maşınını sağ arxa tərəfdən itələyərək sağda olan hasara çırpmışdır. Qeyd edir ki, hadisə nəticəsində hərəkətini dayandıra bilməyən İsgəndərli Rəşadın idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobili itələməsi nəticəsində avtomobili sağda olan divara çırpılmışdır. Buradan görsənir ki, İsgəndərli Rəşad özü gəldiyi yoldan onun hərəkət etdiyi yolu gözləməli olduğu halda gözləməyib yola çıxması onun sürətli gəlməsinin və hadisəni törətməsinin bariz nümunəsidir. Bundan sonra sözügedən yol nəqliyyat hadisəsi Suraxanı rayon Yol Polis İdarəsinin araşdırmasında olmuşdur. Lakin yol nəqliyyat hadisəsini guya araşdıran Suraxanı rayon Yol Polis İdarəsinin əməkdaşları hadisə yerini müayinə etməmiş, qərəzli qərarlar qəbul etmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol vermiş və ümumiyyətlə heç bir araşdırma aparmamışlar. Belə ki, hadisədən sonra hadisə yerini, hadisənin olduğu yolların üstünlük dərəcəsini, hadisə yerinin görüntülərini, hadisəyə səbəb olmuş “Toyota Prius” markalı maşının hərəkət sürətini, həmin avtomobilin şikayətçinin idarə etdiyi avtomobili hansı hissədən vurmasını, hadisənin qarşısını almağa İsgəndərli Rəşadın texniki imkanları olub olmamasını, hadisənin səbəbini, hadisə vaxtı onun nəqliyyat vasitənin hansı hissəsinin “Toyota Prius” markalı nəqliyyat vasitəsinin vurması nəticəsində əzildiyi müəyyən edilməmiş, hadisə olan yolların adlarını, hadisəsinin (toqquşmanın) konkret olaraq yerini, hadisə yerinin sxemini çəkərək müəyyən edilməmişdir. Qeyd edir ki, bununla da ona dəymiş maddi və mənəvi ziyan aşkar olunmamış, hadisə ört basdır edilmiş və onun AR Konstitusiyasında göstərilən hüquqlarını kobud surətdə pozulmuşdur. Yuxarıda göstərdiyi suallara cavab tapılmadığı halda yol nəqliyyat hadisəsinə düzgün qiymət veriləcəyinin qeyri-mümkün olacağını düşündüyü və bu səbəbdən də qeyri obyektiv araşdırılma aparılmaması üçün, qəzada təqsirli nəqliyyat hadisəsi iştirakçısının müəyyən olunması yönündə araşdırılma aparılması üçün dəfələrlə Suraxanı rayon Yol Polis İdarəsinə şifahi və yazılı ərizələrlə müraciət edərək, komissiya, mütəxəssis, ekspert cəlb edilməsinin mütləq hesab etdiyini və bunun təmin olunmasını tələb etsə də, müraciətləri nəzərə alınmamışdır. Hadisəni törədən, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan şəxs İsgəndərli Rəşad isə ümumiyyətlə ona dəymiş zərəri ödəmək üçün hər hansı bir tədbir həyata keçirməmiş, Suraxanı rayon Yol Polis İdarəsinin əməkdaşlarına arxayın olaraq ümumiyyətlə belə bir hadisənin olmasını və səbəbinin də özü olmasını görməzdən gəlmişdir. Ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, barəsində olan inzibati xəta üzrə icraata xitam verərək, tərtib olunmuş TP ******* nömrəli qərarı ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayətin qismən təmin olunması üçün əsaslıdır. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 03 oktyabr 2022-ci il tarixdə, saat 07:30-da “CHEVROLET ORLANDO” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yolayrıcını keçmə qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Chevrolet Orlando” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Toyota Prius (HİBRİD)” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yaranmış qəzaya dair əlavə edilmiş: “USB” formatlı flash-kartda olan video-görüntüdən görünür ki, protokolu tərtib edən polis əməkdaşı hadisə yerinə baxış keçirərək bildirmişdir ki, “Chevrolet Orlando” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil baş yol nişanı olan Zeynal Zeynalov küçəsi istiqamətində hərəkətdə olmuş, Toyota Prius (HİBRİD)” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə köməkçi yoldan əsas yola çıxmaq istədikdə “Chevrolet Orlando” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa tərəfindən vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 8/402 saylı rəyinə əsasən, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Orlando markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Toyota Prius markalı, 77- DE-371 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Yol hərəkətinin təşklinin texniki vasitələri üzrə olan ölkəiərarası standartın, yəni DÜİST-23457-86 tələblərinə əsasən 2.1 “Baş yol” nişanı yaşayış məntəqələrində hər yolayrıcı qarşısında təkrarlanmalıdır. Lakin hadisə baş verən yolayrıcından əvvəl quraşdırılmış 2.1 “Baş yol” yol nişanından hadisənin baş verdiyi yolayrıcına kimi 2 yol ayrıcının olması, həmin yolayrıcdan və hadisənin baş verdiyi yolayrıcında 2.1 “Baş yol” nişanının təkrarlanması, hadisənin baş verdiyi yolayrıcında yollarda heç bir yol nişanının olmaması və hər iki yolun asfalt örtüklü olması onu izah edir ki, hadisənin baş verdiyi yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Göründüyü kimi, X4 barəsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 60 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 polis kapitanı X3 qəbul etdiyi 16 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, X6 inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan X6 barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında X6 inzibati məsuliyyətə cəlb edilə bilər. Verilmiş şikayətdən göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, obyektiv və tam araşdırmada həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 8/402 saylı rəyinə əsasən, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Orlando markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Toyota Prius markalı, 77- DE-371 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmadığı, yol hərəkətinin təşkilinin texniki vasitələri üzrə olan ölkələrarası standartın, yəni DÜİST-23457-86 tələblərinə əsasən 2.1 “Baş yol” nişanı yaşayış məntəqələrində hər yolayrıcı qarşısında təkrarlanmalı olması, lakin hadisə baş verən yolayrıcından əvvəl quraşdırılmış 2.1 “Baş yol” yol nişanından hadisənin baş verdiyi yolayrıcına kimi 2 yol ayrıcının olması, həmin yolayırıcdan və hadisənin baş verdiyi yolayrıcında 2.1 “Baş yol” nişanının təkrarlanması, hadisənin baş verdiyi yolayrıcında yollarda heç bir yol nişanının olmaması və hər iki yolun asfalt örtüklü olması onu izah edir ki, hadisənin baş verdiyi yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcı olması bildirilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 8/402 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən, iş materiallarından, proses iştirakçılarının izahatlarında görünür ki, inzibati protokolu tərtib edən orqanın nümayəndəsi hadisədən sonra hadisə yerini, hadisənin olduğu yolların üstünlük dərəcəsini, hadisə yerinin görüntülərini, hadisənin digər iştirakçısı “Toyota Prius” markalı maşının hərəkət sürətini, həmin avtomobilin şikayətçinin idarə etdiyi avtomobili hansı hissədən vurmasını, hadisənin qarşısını almağa İsgəndərli Rəşadın texniki imkanları olub olmamasını, hadisənin səbəbini, hadisə vaxtı onun nəqliyyat vasitənin hansı hissəsinin “Toyota Prius” markalı nəqliyyat vasitəsinin vurması nəticəsində əzildiyi müəyyən edilməmiş, hadisə olan yolların müəyyən edilməini, küçələrin adlarını, hadisəsinin (toqquşmanın) konkret olaraq yerini, hadisə yerinin sxemini çəkərək müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 8/402 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyində gəldiyi nəticələrdən irəli gələn və iş materiallarında olan uyğunsuzluqlar, yol nəqliyat hadisəsinin sxeminin düzgün tərtib edilmədiyi, o cümlədən digər sürücü X5 inzibati xətanın törədilib-törədilməməsi, alınmış videogörüntünü, həmin tərəflərin izahatlarını nəzərə alınmaqla, hadisə yeri müəyyən və müayinə edilməklə, hadisə baş verdiyi küçələrin (küçələpin kəsişməsinin) və yolların adlarının müəyyən edilməklə və təsvir edilməklə, hadisə yerinin sxemində yol-nəqliyyat hadisəsinin hər iştirakçısına məxsus avtomobilləri getdikləri surətlərini müəyyən edilməklə, hadisə yerində hansı yol-nəqliyyat hərəkətlərinin tənzimləyən işarələrin, “baş yol” işarəsindən hadisə yerinə qədər nə qədər yol ayrıcının mövcud olduğunu, “baş yol” nişanın təsirinin hadisə yerini əhatə edilməsini müəyyən edilməklə, inzibati xətanın kim tərəfindən törədilməsi, xətanın törədilməsində kimin təqsirli olması, X6 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri Suraxanı Rayon Dövlət X13 əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X4 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri tam araşdırılmadığından və müəyyən edilmədiyindən, mövcud hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 polis kapitanı X3 qəbul etdiyi 16 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X14 göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X1 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 polis kapitanı X3 qəbul etdiyi 16 yanvar 2023cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X14 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-10/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-10/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver