Məhkəmə qərarları › İş №3(010)-1001/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1001/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1001/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2xx xxxxxxxx 2020-ci ildə Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, icra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında qərarının surəti, həmçinin tələbin könüllü icrası ilə bağlı bildiriş ona rəsmi qaydada göndərilməyib və ümumiyyətlə təqdim edilməyib. Bu gün xx xxxxxxxx 2020-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra məmurunun tələbi ilə yazılı izahatını vermişdir. Bu gün də ona heç bir sənəd, o cümlədən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş təqdim edilməyib. Qeyd olunur ki, borclunun bildirdikləri iş materialları ilə təkzib olunmur. O cümlədən, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrasına dair bildirişin borcluya rəsmi qaydada təqdim edildiklərini təsdiq edə biləcək heç bir sübut iş materiallarında yoxdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun icra sənədləri üzrə icraata başlanılması məsələlərini tənzimləyən 8-ci maddəsinə, o cümlədən 8.2-ci maddəsinin tələblərinə görə «İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir». Yuxarıda qeyd olunduğu kimi icra məmurunun müvafiq qərarı və bildirişi borcluya rəsmi qaydada göndərdiyi və ya şəxsən təqdim edildiyi iş materialları ilə müəyyən olunmur. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə, yəni borcluya hətta qanunla nəzərdə tutulmuş könüllü icra üçün rəsmi qaydada vaxt verilmədiyi bir halda onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi, inzibati xəta haqqında protokol tərtib edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar