Məhkəmə qərarları › İş №3(010)-1002/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1002/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1002/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun iştirakı ilə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3372/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxx 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2014cü il tarixdən başlayaraq borclu Şəxs aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq 63,5 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir. Bununla yanaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2(007)-4887/2017 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)- 3372/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X5 və xx xxxxx 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməli, həmçinin Şəxs X1 xx xxxxxxxx 2020-ci il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilməklə ondan xx xxxx 2017-ci il tarixindən başlayaraq əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat tutularaq X4 verilməlidir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi xx.xx.2015-ci il tarixdə icraatına daxil olmuş, icraata başlanılaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4887/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2002-ci li təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə tutulmalıdır. xx.xx.2017ci il tarixdən başlayaraq Şəxs xx.xx.2002-ci il təvəllüdlü X7 çəkilən əlavə xərclərə cəlb edilməli və ondan əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat X2 xeyrinə tutulmalıdır. Bundan başqa borclu Şəxs 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulmalıdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraatıma daxil olmuş, icraata başlanılaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs 1000 manat məbləğində alimenti tələbkar X3 ödəmişdir. Borclu Şəxs yeri məlum olmadığından barəsində xx.xx.2016-cı il tarixdə axtarış qərarı qəbul olunaraq icra olunması üçün polis orqanına göndərilmişdir. xx.xx.2020-ci il tarixdə icra sənədləri ümümi icraatda birləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə borclu Şəxs saxlanılmış, verdiyi izahatında hazırda 21.891 manat məbləğində aliment borcu yarandığını göstərmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlakı müəyyən etmək mümkün olmamışdır. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəmədiyini işin məhkəmə baxışı zamanı maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il saat 18.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar