Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1004/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi X3 İmamverdi oğlunun sədrliyi ilə Şəxs və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış material Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli və MN seriyalı 16699890 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında ayrı ayrılıqda tərtib edilmiş protokollarda göstərilir ki, Şəxs və X2 xx.xx.2024-cü il tarixdə Salman Qarayevə məxsus “Daewoo Nexia” markalı ** HK *** nömrıli avtomaşını şüşəsini sındırmışdırlar. Nəticədə Şəxs və X2 ayrıayrılıqda İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdirlər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs və X2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil, ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. İş materiallarından görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. PŞ-də aparılan inzibati icraat zamanı sahə inspektoru zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərdən şikayətçi olub-olmamasını, onlarla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göründüyü kimi yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxslər barəsində inzibati icraat başlanmışdır. Bundan əlavə işin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. Belə ki, həmin protokol 30-cu PŞ-nin təhqiqatçısı Ülvi Abbaszadənin qərarı əsasında tərtib edilmişdir. Lakin iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 dekabr 2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı sadəcə Şəxs və X1 izahatı alınmışdır, həm cinayət prosesini həyata keçirən orqana daxil olmuş cinayət xarakterli məlumat üzrə aparılan təhqiqat araşdırması zamanı, həm də inzibati xətalar haqqında iş üzrə icraat zamanı əmlaka zərər yetirilməsi faktı bağlı ərizə vermiş şəxsə baş vermiş hadisə nəticəsində mənəvi və fiziki zərər vurulub-vurulmaması, iş üzrə zərər çəkmiş şəxs qismində onun müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, nə 30-cu PŞ-nin təhqiqatçısı Ülvi Abbaszadə, nə də inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli vəzifəli şəxs olan həmin bölmənin polis sahə inspektoru M.Musayev tərəfindən yoxlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, törədilmiş inzibati xəta nəticəsində zərərçəkmişə hər hansı bir mənəvi və fiziki zərər yetirilməmiş və onun iş üzrə zərər çəkmiş şəxs qismində tanınması üçün subyektiv hüququ mövcud olmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs tərəfindən, o cümlədən faktla bağlı ilkin araşdırma aparmış təhqiqatçı tərəfindən iş üzrə həqiqi zərərçəkmiş şəxs müəyyənləşdirilməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən yol verilmiş yuxarıda sadalanan nöqsanlar, eyni zamanda protokolun düzgün tərtib edilməməsi və ona əlavə edilmiş materialdakı natamamlıqlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs və X1 inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onların barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. İşə məhkəmədə baxılarkən isə qeyd olunan nöqsanlar və natamamlıqların aradan qaldırılması mümkün deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsinə görə inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. İnzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır və həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə görə olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, 106.1.9-cu maddəsinə görə isə inzibati xətanın törədilməsi nəticəsində maddi zərər yetirilmişdirsə bu barədə qeydlər səlahiyyətli orqan tərəfindən tərtib edilən inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib edilmədikdə, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə geri qaytarılsın. X4
Məhkəmə qərarları › İş №3(010)-1004/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1004/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver