Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1006/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 04 avqust 1980-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 nömrəli evin 118 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə” dair müqavilə bağlamadan və müvafiq su ölçən cihaz - su sayğacı quraşdırmadan, ünvan 1 nömrəli evin 118 nömrəli mənzilindən, həmin evin 7-ci blokunun giriş hissəsində yerləşən, kirayə müqaviləsi əsasında işlətdiyi qadın gözəllik salonuna 15 mm-lik diametrli boru vasitəsilə su çəkmiş, bununla da su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2.196 manat məbləğində, yəni az miqdarda ziyan vurmuşdur. Buna görə də Bakı şəhəri Suraxanı rayon Prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 28 iyul 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya dair icraatın başlanması haqqında qərarda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 nömrəli evin 7-ci blokunun giriş hissəsində yerləşən qadın gözəllik salonu BŞİH Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə arasında bağlanmış kirayə müqaviləsi əsasında onun istifadəsindədir. Gözəllik salonu 2020-ci ilin avqust ayından fəaliyyətə başlamışdır. Su xətti olmadığından "xxxx" "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmədən yaşadığı evdən boru vasitəsi ilə gözəllik salonuna su çəkərək istifadə etməyə başlamışdır. Bir müddət sudan istifadə etdikdən sonra 2020-ci ilin 04 sentyabr tarixində özünü "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi kimi təqdim edən şəxs salonda olduğu zaman ona yaxınlaşaraq, sudan qanunsuz istifadə etdiyini, həmin borunu kəsməli olduğunu və istifadə etməməyini, istifadə etmək üçün qanuni şəkildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib sayğac quraşdırmalı olduğunu bildirmişdir. Bundan sonra elə həmin gün o, borunu kəsmiş və bir daha sudan qanunsuz istifadə etməmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinə və Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin NÖÇİ-nin nəzarətçisi Rəşad Quliyev tərəfindən tərtib edilmiş 04 sentyabr 2020ci il tarixli,007990 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən gözəllik salonuna baxış keçirilərkən həmin gözəllik salonunda qeyri-qanuni olaraq su və çirkab xətlərindən istifadə edildiyi müəyyən edilmişdir. Həmin akta əlavə edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən gözəllik salonunda 1.098 kubmetr həcmində içməli su və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2.196 manat dəyərində ziyan vurulmuşdur. İş materiallarında olan Suraxanı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sudan qeyri-qanuni istifadə faktlarına müraciəti əsasında toplanmış hazırki material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”ın 8.7-ci maddəsinə və “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavə ilə müəyyən edilmiş “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair” cədvəlinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində “az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1006/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1006/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver