Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1008/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən Şəxs barəsində 28.07.2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir ona görə ki, sac kəsimi (Bərbərxana) salonunun sahibkarı olan fiziki şəxs Şəxs tərəfindən Suraxanı Su kanal İdarəsi ilə aralarında "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə" dair müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz - su sayğacı quraşdırılmadan d-15 mmlik boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və "xxxx" ASC tərəfindən verilmiş 14.08.2020-ci il tarixli qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən dəymiş ziyanın məbləği 2196 manat təşkil etmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28.07.2021-ci il tarixli qərar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi X3 fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutlan inzibati xətanın törədildiyini nəzərə alaraq tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən Saç Kəsimi (Bərbərxana) salonu ona məxsusdur. Lakin həmin bərbərxana formal olaraq ona məxsus olsa da, o, qeyd olunan obyektdən istifadə etməmiş, onu icarəyə vermiş, obyekti icarəyə götürmüş şəxs isə öz yaşadığı evin sayğacından istifadə etməklə obyektdə evindən gələn sudan istifadə etmişdir. O, lazımi olan bütün sənədlər ilə birlikdə X6 İdarəsinə ərizə ilə müraciət etmişdir. Bu səbəbdən X6 İdarəsinin əməkdaşları obyektinə su xətti və kanalizasiya çəksələr də, sayğac quraşdırmadılar. Təkrarən sayğac ilə bağlı müraciət etdiyi zaman İdarədən ona sənədlərini itridiklərini dedilər və yaxın zamanda sayğacı quraşdıracaqlarını dedilər. 2020-ci ilin avqust ayının 14 tarixində Azərsunun işçisi kimi özünü təqdim edən şəxs ona zəng edrək, ona məxsus Saç Kəsimi salonunda sudan qanunsuz istifadə etdiyini, həmin borunu kəsməli olduğunu və istifadə etməməyini, istifadə etmək üçün qanuni şəkildə Azərsuya sayğac almağı üçün müraciət etməli olduğumu bildirmişdir. O, həmin şəxsə ərizə ilə müraciət etsə də, bu günə kimi heç bir nəticə vermədiyini demiş və daha sonra borunu kəsdirmişdir. Bundan sonra bir daha sudan qanunsuz istifadə etməmiş və gələcəkdə istifadə etmək üçün Suraxanı SuKanal İdarəsinə yenidən rəsmi ərizə ilə müraciət etmişdir. Lakin bü gunə kimi müraciətinə cavab verilməmiş və sayğac quraşdırılmamışdır. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rəşd Həsənzadəyə verdiyi 04.05.2021-ci il tarixli izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən Saç Kəsimi (Bərbərxana) salonu ona məxsusdur və özü işlədir. 2019-cu ilin təxminən dekabr ayında salonu istifadə etməyə başlamış və sudan istifadə etmək istədiyi üçün bu barədə lazımı olan bütün sənədlər ilə birlikdə X6 İdarəsinə ərizə ilə müraciət etmişdir. Bu səbəbdən X6 İdarəsinin əməkdaşları obyektinə su xətti və kanalizasiya çəksələrdə sayğac quraşdırmadılar. Təkrarən Sayğac ilə bağlı müraciət etdiyi zaman İdarədən ona sənədlərini itridiklərini dedilər və yaxın zamanda sayğacı quraşdıracaqlarını dedilər. Suraxanı Sukanal İdarəsindən bir xəbər çıxmadığı üçün 2020-ci ilin təxminən yanvar ayından sudan salonda istfadə etməyə başlamışdır. 2020-ci ilin avqust ayının 14 tarixində Azərsunun işçisi kimi özünü təqdim edən şəxs ona zəng edrək, ona məxsus Saç Kəsimi salonunda sudan qanunsuz istifadə etdiyini, həmin borunu kəsməli olduğunu və istifadə etməməyini, istifadə etmək üçün qanuni şəkildə Azərsuya sayğac almağı üçün müraciət etməli olduğumu bildirmişdir. O, həmin şəxsə ərizə ilə müraciət etsə də, bu günə kimi heç bir nəticə vermədiyini demiş və daha sonra borunu kəsdirmişdir. Bundan sonra bir daha sudan qanunsuz istifadə etməmiş və gələcəkdə istifadə etmək üçün Suraxanı SuKanal İdarəsinə yenidən rəsmi ərizə ilə müraciət etmişdir. Lakin bü gunə kimi müraciətinə cavab verilməmiş və sayğac quraşdırılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və işdə olan digər sübutlarla təsdiq edilir. İş materiallarında olan 14.08.2020-ci il tarixli aktdan görünür ki, obyektə baxış keçirilmiş və məlum olmuşdur ki, d-15 mm-lik boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə olunmuşdur. 1098 kubmetr miqdarında 2196 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə edilməklə "xxxx" ASC-yə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7-ci maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. İş materiallarında olan Suraxanı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərsu” ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sudan qeyri-qanuni istifadə faktlarına müraciəti əsasında toplanmış hazırki material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri X2 28.07.2021-ci il tarixli “İnzibati xəta haqqında işüzrə icraatın başlanması haqqında” qərarının məzmunundan görünür ki, "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Suraxanı RPİ-nə ünvanladığı 19.04.2021-ci il tarixli məktubda sukanal idarəsinin əməkdaşları tərəfindən idarənin xidməti ərazisində yerləşən ünvanlara baxış keçilərkən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sakinlər tərəfindən sudan qeyri-qanuni istifadə faktının aşkar edildiyi göstərilmişdir.Müraciət əsasında Suraxanı RPİ-nin 32-ci PB-də toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş, rayon prokurorluğunda material üzrə araşdırmanın aparılması prokuror köməkçisi Pərvin Bağırovaya həvalə edilmişdir.Pərvin Bağırovanm 12 iyul 2021-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktları əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə prokuror qarşısında vəsatət qaldırılmışdır.Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1968-ci il tarixdə İsmayıllı rayonu, Borvdal kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, ünvan 5 ünvanında yaşayan Şəxs ona məxsus olan, ünvan 6 ünvanında yerləşən X8 (Bərbərxana) salonunda su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talamışdır. 2020-ci ilin avqust ayının 14-də "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən sudan qeyri-qanuni istifadə faktı müəyyən edildikdə qanunsuz su xəttindən istifadə dayandırılmışdır Həmin qərara əsasən xx.xx.1968-ci il tarixdə İsmayıllı rayonu, Borvdal kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, ünvan 5 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini, qadın olmasını, şəhid ailəsi olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1008/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1008/2021
16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver