Məhkəmə qərarları › İş №3(010)-1008/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1008/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1008/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin qızının katibliyi ilə, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 17 fevral 2025-ci il tarixli protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:30-da idarə etdiyi “SAZ NP37” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Nurəliyev tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmşdir ki, qarşıdakı avtomobil manevr edərək “obqona” çıxdı, bu səbəbdən də o, bordyura çıxmaq məcburiyyətində qalmışdır. Özü avtobus sürücüsüdür. Əgər o kənara çıxmasa idi, zərərçəkmiş şəxs da, o da öləcəkdirlər. Digər 104 nömrəli avtobusun sürücüsü daha sonra yayındı. Hadisə ilə əlaqdar, təhqiqatçı Elvin Nurəliyev gəlib, çıxdı. Həmin vaxt orada Təhmasib var idi, dedi ki, atasıın qırx mərasimidir, yaxın günlərdə gələcəkdir. Onun nömrəsini qeyd etsə də, yaddaşda qalmamışdır. Necə olduğunu polis əməkdaşına da danışmışdır. Şakirin səhv etmirəmsə atası İzzət oğlu idi, onun belə hadisələri əvvəl də olub. O onun yoluna çıxıb, hadisə baş verib. Həmçinin qeyd etmişdir ki, orada “obqona” çıxmağa icazə yoxdur. 11, 13, 16 yaşlarında 3 övladı var. Ailədə yeganə qazanc mənbəyidir, bütün bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 11:30 radələrində “MENLOQQ MMC” məxsus olan etibarnamə ilə idarə etdiyi “DAEVO İSUZU” makalı 103 saylı avtobus ilə Suraxanı rayonu, Suraxanı qəsəbəsindən üzü Qaraçuxur qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman anidən hərəkət istiqamətinin sol əks yoldan sürətnən gələn 104 saylı xətt avtobusu onun idarə etdiyi avtobusun yoluna çıxmış və o idarəetməni sağa döndərmiş ki, həmin avtobusnan toqquşmasın, həmin avtobusun sol güzgüsü idarə etdiyi avtobusun sol güzgüsünə dəymiş və o yoldan çıxaraq yolun sağ tərəfində beton maneəyə dəyərək torpaq yola sürüşmüşdür. Nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurma xəarəti almışdır. Şəxs əməlində cinayət tərkini olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Həmin qərara əsasən araşdırma zamanı izahatı alınan X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11:30 radələrində 104 saylı marşurut üzrə “İsizu Saz” markalı 90- NE-525 dövlət qeydiyyat nişanlı avtobusu idarə edir. Bildirmək istəyir ki, idarə etdiyi avtobus ilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi istiqamətindən Suraxanı rayonu Suraxanı qəsəbəsi istiqamətinə saatda təxminən 30 km sürətlə hərəkət etdiyi zaman qarşısında dayanmış vəziyyətdə 208 saylı avtobusu görmüş və onun yaxınlığında keçdiyi zaman anidən dayancaqdan çıxan əks hərəkət zolağı ilə hərəkət etmiş “İsizu” markalı avtobusu görmüş və idarə etdiyi avtobusun sol güzgüzü yolun ortasında digər avtobusun sol güzgüsü ilə toqquşmuşdur. Toqquşma nəticəsində o xəsarət almamışdır. Avtobusu idarə etdiyi zaman avtobusda sərnişinlər olmuşdur. Yol asfalt örtüklü olmuş və hava aydın olmuşdur. Avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtobusu idarə etmək üçün bütün lazımi sənədlər qaydasındadır. Avtobusu idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Həmin qərara əsasən araşdırma zamanı izahatı ahnan X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11:30 radələrində “DAEVO İSUZU” makalı 103 sayh avtobusda sərnişin qismində əyləşən zaman Suraxanı rayonu, Suraxanı qəsəbəsindən üzü Qaraçuxur qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman anidən avtobusun sürücüsü idarə etməni itirərək yolun sağında yerləşən beton maneyəyə dəyərək torpaq yola sürüşmüşdür. Hadisə baş verəndən zaman başı əyləşdiyi oturacağın sağ tərəfində olan dəmir tutacağa dəymiş, qaş hissəsindən xəsarət almışdır. Az sonra hadisə yerinə Polis və X9 stansiyasının əməkdaşları gəlmişlər. TTYS-nin əməkdaşları xəsarət aldığına görə onu Sabunçu xəstəxanasına aparmışlar. Sabunçu xəstəxansında onu Kate və Rentgen müayinəsi edib, qaşına tikiş qoyub ambulator müayinə üçün onu evə buraxmışlar. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 46 sayh rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ qaş qövsünün əzilmiş yarası, sağ bazunun, sağ budun və sağ diz oynağı nahiyyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 11:30 radələrində “MENLOQQ MMC” məxsus olan etibarnamə ilə idarə etdiyi “DAEVO İSUZU” makalı 103 saylı avtobus ilə Suraxanı rayonu, Suraxanı qəsəbəsindən üzü Qaraçuxur qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman anidən hərəkət istiqamətinin sol əks yoldan sürətnən gələn 104 saylı xətt avtobusu onun idarə etdiyi avtobusun yoluna çıxmış və o idarəetməni sağa döndərmiş ki, həmin avtobusnan toqquşmasın, həmin avtobusun sol güzgüsü idarə etdiyi avtobusun sol güzgüsünə dəymiş və o yoldan çıxaraq yolun sağ tərəfində beton maneəyə dəyərək torpaq yola sürüşmüşdür. Nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurma xəarəti almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ailənin yeganə qazanc mənbəyi olması, himayəsində üç uşaq, ondan biri yetkinlik yaşına çatmaya uşağına olması məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar