Məhkəmə qərarları › İş №3(010)-1010/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1010/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1010/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Namiq Kərimov Həsrət oğlu, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 13 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 13 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, lakin sonradan, yəni 18 aprel 2023-cü ildə məhkəməyə ərizə verərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarını və X1 ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARAALDİ: Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 13 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar