Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1010/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 iştirakı ilə, 22 avqust 1962-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 32QA4VP, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 küçəsi, nömrəsiz evdə yaşayan X3 Bakı şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti, işə yaşadığı yer üzrə baxılması barədə vəsatəti və qərardan şikayət vermək üçün itirilmiş müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə vəsatəti 03 mart 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 15:00 radələrində ona məxsus ** BN *** dövlət qeydiyyat nişanlı, “KİA STONİC MİNİK” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi ilə hərəkət edərkən Bakı şəhəri BPİ DYPİ-nin YPX inspektoru onun avtomobilinə “saxla” işarəsi vermişdir. Avtomobilini saxlamış və sənədləri təqdim etmişdir. YPX inspektoru inzibati xəta protokol tərtib edəcəyini demişdir. O, da eyni zamanda qanun çərçivəsində tərtib etməsini xahiş etmiş və qanunsuz olduğu halda etiraz edəcəyini demişdir. Onlar isə sənədlərini əllərindəki planşetdə (bort kompüterdə) yoxlayıb özünə qaytarmışlar və ərazidə kamera olduğunu və törədilmiş inzibati xətanın qeydə aldığını və elektron qərar (EQ) çıxarılacağını demişlər. Təxminən 6-7 gündən sonra DİN-in “cərimələr və cərimə balları barədə məlumatlar” sistemindən ona məlum olmuşdur ki, tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən, iştirakı olmadan 40 manat məbləğində inzibati cərimə qərarı qəbul edilmişdir. YPX inspektoru onu aldatmışdır. Heç bir EQ çıxarılmamışdır. Əksinə, YPX inspektoru tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, YPX inspektoru İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrini (maddə 61.3 və 122.5) pozmuşdur. Protokolun tərtib edilməsi və qərarın qəbul edilməsi onun iştirakı olmadan həyata keçirilmişdir. Tərtib edilmiş İXP ******* saylı protokolun və qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqmda qərarın bir nüsxəsinin ona rəsmi qaydada (üzərində təqdim edilmə tarixi göstərilməklə) təqdim edilməsi üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri BPİ DYPİ-nin rəhbərliyinə müraciət etmişdir (surəti ərizəyə əlavə olunmuşdur). Üstündən bir ay keçsə də heç bir reaksiya olmadığına görə xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPİ-nə gedərək protokolun və qərarın bir nüsxəsini əlbəəl almışdır. Protokol və qərar çap edilmiş A4 formatda blankın aşağı sağ tərəf küncündə qərarın rəsmi təqdim edilmə tarixi və vaxtı “xx/xx/2025, 1;03” (ay, gün, il, saat) göstərilmişdir. Qərarın ləğv edilməsi və inzibati işə xitam verilməsi üçün xx.xx.2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət müddətin buraxılması ilə verildiyindən geri qaytarılmışdır. Buraxılmış müddətin bərpası barədə vəsatət təqdim etməklə yenidən məhkəməyə şikayət vermək qərarına gəlmişdir (müddətin bərpası barədə vəsatət ərizəyə əlavə olunmuşdur). Hesab edir ki, aşağıda göstərilən hallara görə inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd edilənlərdən aydın olur ki, inzibati xəta haqqında işə baxılaraq inzibati tənbeh vermə haqqında qərarın (TP 6867583) qəbul edilməsi onun iştirakı olmadan həyata keçirildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 61.3-cü maddəsinin tələbi pozulmuşdur. Buna görə də inzibati tənbeh vermə haqqında qərar TP ******* ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Mövcud qanunvericiliyə əsasən xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmayan inzibati xəta qayda pozuntuları baş verdiyi hallarda, inzibati xətanın törədildiyi yerdə İXP tərtib edilməli, inzibati xəta törədənin barəsində İXM-də göstərilən məbləğdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir və İXP-nin bir nüsxəsinə imza etdirməklə digər nüsxəsi, barəsində inzibati xəta protokolu tərtib edilmiş (inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsə verilməlidir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda əlavə araşdırmaya ehtiyac qalmır. Lakin razılaşmadıqa, barəsində vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqda qərar qəbul edilməsi üçün aidiyyəti üzrə dəvət edilib onun iştirakı ilə inzibati işə baxılmalıdır. Bunların heç biri olmadı. Mənim barəmdə mənim iştirakım olmadan və harada tərtib edildiyi bəlli olmayan İXP tərtib edilib və iştirakım olmadan İXM-nin 61.3-cü maddəsinin tələbləri pozulmaqla barəmdə 40 manat məbləğində inzibati tənbeh vermə haqda qərar qəbul edilib. Bundan başqa, İXM-nin 117.2-ci maddəsinin tələbi pozularaq, qəbul edilmiş qərar 2 gün ərzində mənə verilməli olduğu halda verilməyib (İXM-nin 54-cü maddəsinə əsasən bu pozuntu barədə prokuror qərar qəbul edir). Azərbaycan Respublikası İXM-nin 122.5-ci maddəsinə zidd olaraq İXP ******* saylı inzibati xəta haqqında protokol qanunsuz tərtib edildiyinə görə və həmin qanunsuz protokola əsasən başlanmış inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin işdə belə bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta hadisəsi törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin, ziddiyyətli və şübhəli məqamların, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına aradan qaldırıb, onun inzibati xəta hadisəsi törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhəli və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda; 53.1.5-ci maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, hesab edir ki, İXM-nin 122.5-ci maddəsinə zidd olaraq qanunsuz qəbul edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, İXM-nin 61.3-cü maddəsinə zidd olaraq iştirakı olmadan qəbul edilmiş TP ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8, 53, 61.3, 105.1, 114.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmədən xahiş etmişdir ki, Bakı şəhəri BPİ DYPİ-nin YPX inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar barəsində qanunsuz tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və başlanmış inzibati işə xitam verilsin. Bakı şəhər X9 İdarəsinin vəzifəli şəxsi 16 noyabr 2024-cü il tarixdə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 40 manat məbləğində cərimə etmişdir. X5 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin 3(010)-167/2025 nömrəli iş üzrə 16 yanvar 2025-ci il tarixli qərardadı ilə X5 Bakı şəhər X9 İdarəsinin polis baş serjantı X2 qəbul etdiyi 16 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayəti geri qaytarılmışdır. X3 təkrarən Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayəti, işə yaşadığı yer üzrə baxılması barədə və müddətin bərpa olunması barədə vəsatəti 03 mart 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X3 yaşayış yeri ünvan 2 küçəsi, nömrəsiz ev ünvanıdır. Rafiq Həziyev tərəfindən şikayətinə yaşayış yeri üzrə məhkəmədə baxılması barədə vəsatət verilmişdir. Bununla da müəyyən olunur ki, X5 tərəfindən şikayət aidiyyəti üzrə düzgün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış, şikayət vermiş X5 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, heç bir qanunun tələbini pozmamışdır. Bildirmişdir ki, o, yol hərəkət qaydasını pozduğu halda və həmin qayda pozuntusu TŞ kamerasına düşürsə yol polisi onu saxlaya bilməz bu qanunsuzdur. Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 onu saxlayan zaman polis əməkdaşına kameranın olduğu ərazidə onu saxlamasının qanunsuz olduğunu bildirmişdir. Polis əməkdaşı ona yol nişanının tələbinə əsasən idarə etdiyi avtomobili dayandırmalı, daha sonra hərəkət etdirməli olduğunu bildirmişdir. O, da polis əməkdaşına idarə etdiyi avtomobili dayandırmış və sağa-sola baxdıqdan sonra idarə etdiyini bildirmişdir. Bildirmişdir ki, qeyd olunan ərazidə TŞ 4082 nömrəli kamera var və cərimə yazıldıqda 24 saat ərzində həmin cərimə elektron kabinetə düşür. Bildirmişdir ki, Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 İXM-nin 61.3, 101.1 və 122.5-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, İXM-nin 61.3-cü maddəsində inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 101.1-ci maddəsində inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İXM-nin 122.5-ci maddəsində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. X1 Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Bakı şəhər X10 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Bakı şəhər X10 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmiş, lakin məhkəmədə tədqiq edilməsi üçün 01 ədəd videogörüntü olan CD disk təqdim edilmişdir. Məhkəmə, Bakı şəhər X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X5 Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarı X5 13 yanvar 2025-ci il tarixdə rəsmi qaydada ala bilmişdir. Buna görə də Məhkəmənin 18 mart 2025-ci il tarixli qərardadı ilə X3 vəsatəti təmin olunmuş və 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət üzürlü hesab olunaraq bərpa edilərək işə mahiyyəti üzrə baxılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət təmin olunmamalı və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə 40 (qırx) manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər X10 İdarəsi tərəfindən təqdim edilmiş video görüntüyə baxış keçirilən zaman müəyyən olunur ki, Rafiq Həziyev ** BN *** dövlət qeydiyyat nişanlı, “KİA STONİC MİNİK” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi ilə hərəkət edən zaman yol nişanının tələbinə əməl etməklə dayanıb daha sonra hərəkət etməli olduğu halda bu tələbə əməl etməmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmişdir. Həmçinin videogörünütüyə baxış zamanı ypx inspektorunun inzibati xəta haqqında protokolu tərtib edərək Rafiq Həziyevin avtomobilinə yaxınlaşmaqla təqdim etməsi də görünür. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından X9nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X9 İdarəsinin, X9 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X9 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X5 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Həmin Qanunun 63-cü maddəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər. Həmin Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. İXM-nin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əasasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Lakin qeyd olunmalıdır ki, hazırki iş üzrə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş, buna görə də inzibati xəta haqqında protokol və qərar bort-kompüter vasitəsilə tərtib edilmişdir. Yol Patrul Xidməti haqqında Təlimatın 4.6-cı maddəsinə əsasən patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. İXM-nin 124.2-ci (İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Hazırki iş üzrə qayda pozuntusu göründüyü kimi YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmiş və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən şikayətə baxılan zaman aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-nin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-nin 136.2-ci maddəsinə əaasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Beləliklə, yol hərəkət qaydalarını pozduğuna görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X3 əməli məhkəməyə təqdim edilmiş videogörüntünün əks olunduğu disk ilə kifayət qədər sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması ilə əlaqədar həmin qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 122-124, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması ilə əlaqədar qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1010/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1010/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver