Məhkəmə qərarları › İş №3(010)-1014/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1014/2020

26.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1014/2020 26.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı Mahmudov Ruslan Elxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və zərərərçəkmiş X3 iştirakları ilə xx xxxxxx 1980-cı ildə Ermənistan, Megri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X8: xx.xx.2020-ci il tarixdə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, mənzil 1-də yaşayan X1 yaşadığı evə məxsus 88.58 manat dəyərində olan 1 ədəd su sayğacını; xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3, mənzil 2-də yaşayan X2 məxsus 88.58 manat dəyərində olan 1 ədəd su sayğacını, xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 4, mənzil 57-də yaşayan X5 məxsus 88.58 manat dəyərində olan 1 ədəd su sayğacını, xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 4, mənzil 3-də yaşayan X6 məxsus 88.58 manat dəyərində olan 1 ədəd su sayğacını oğurlamaq yolu ilə özgə əmlakını talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək həqiqətən də yuxarıda təsvir olunmuş oğurluqları etdiyini bildirmişdir. İnzibati xətanı maddi imkanının aşağı olması səbəbindən törədib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X7 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, həqiqətən də ona məxsus olan evdən su sayğacı oğurlanmışdır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən edilmiş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X8 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci ildən saat 09.00-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar