Məhkəmə qərarları › İş №3(010)-1019/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1019/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1019/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Qeyd olunur ki, eyni sənədlər daha əvvəl də Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, 3(010)-1806/2020, 3(010)-142/2021, 3(010)-367/2021, 3(010)-490/2021, 3(010)- 642/2021, 3(010)-767/2021 və 3(010)-857/2021 nömrəli işlər açılmış, müvafiq protokolun və sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermədiyi müəyyən edilərək onlar Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2020-ci il, 21 yanvar 2021-ci il, 22 fevral 2021-ci il, 31 mart 2021-ci il, 03 may 2021-ci il, 03 iyun 2021-ci il və 22 iyun 2021-ci il tarixli tarixli qərardadları ilə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə baş idarəsi göstərilən inzibati xəta haqqında protokolu eyni sənədlərlə birlikdə, heç bir əlavə tədbir görmədən yenidən məhkəməyə təqdim edib. Bununla bağlı aşağıdakılar bir daha qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Eyni Məcəllənin 100.3-cu maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Belə ki, inzibati xəta haqqında protokol MMC-nin nümayəndəsi tərəfindən imzalanmayıb (protokolda onun izahat vermədiyi göstərilir). Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, 3(010)-1806/2020, 3(010)-142/2021, 3(010)-367/2021, 3(010)-490/2021, 3(010)-642/2021, 3(010)-767/2021 və 3(010)-857/2021 nömrəli işlər açılmış, müvafiq protokolun və sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermədiyi müəyyən edilərək onlar Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2020-ci il, 21 yanvar 2021-ci il, 22 fevral 2021-ci il, 31 mart 2021-ci il, 03 may 2021-ci il, 03 iyun 2021-ci il və 22 iyun 2021-ci il tarixli tarixli qərardadları ilə geri qaytarılmışdır. Suraxanı rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli qərardadında qeyd olunur ki, məhkəməyə daha əvvəl təqdim edilmiş işlərlə əlaqəli materiala 01 dekabr 2020-ci il tarixli akt əlavə olunmuşdur. Həmin akt Dövlət Vergi Xidmətinin iki əməkdaşı tərəfindən imzalanmışdır. Əvvəl daxil olmuş həmin tarixli aktlarda aşağıdakı məzmunda qeyd olmuşdur: «Törədilmiş inzibati xəta ilə bağlı vergi ödəyicisinin rəhbəri ilə əlaqə yaratmaq, protokolu imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmadı».Hazırkı materiala isə Dövlət Vergi Xidmətinin bir əməkdaşı tərəfindən imzalanmış eyni tarixli, lakin başqa bir məzmunlu akt əlavə edilib. Aktda qeyd olunur ki, hüquqi şəxsin rəhbəri ilə telefon vasitəsilə əlaqə saxlanılmış, ona hüquqları və vəzifələri izah edilmiş, pozuntu ilə bağlı izahat verməsi və protokolun tərtib olunmasında iştirak etməsi təklif edilmiş, lakin o, təsərrüfat subyektinə gəlməkdən, izahat verməkdən, protokolun tərtibində iştirak etməkdən və surətini almaqdan imtina etmişdir. Göründüyü kimi eyni məsələ ilə bağlı eyni tarixli aktların məzmunu bir-birindən tamamilə fərqlidir.Məhkəmənin həmin qərardadı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi 13.07.2021-ci il tarixli məktubunda qeyd olunur ki, məhkəməyə təqdim etdikləri 01.12.2020-ci il tarixli lakin, məzmunu bir-birinin əksi olan aktların olmasına səbəb 01.12.2021-ci il tarixdə Şəxs MMC-nin rəhbəri ilə ilk öncə əlaqə saxlamaq mümkün olmamışdır və bu barədə müvafiq akt tərtib edilmişdir. Lakin sonradan həmin gün, yəni 01.12.2020-ci il tarixdə MMC-nin vergi orqanında olan baza məlumatlarında olan (012) ***- **-** nömrəsi ilə əlaqə saxlanılmış, ona hüquqları və vəzifələri izah edilmişdir. Həmçinin, aşkar edilmiş faktın sübut edilməsinə dair həmin təsərrüfat subyektində çəkilmiş müvafiq fotoşəkilin olması, faktla bağlı onun və ya nümayəndəsi vasitəsilə izahatının verilməsi və tərtib ediləcək protokolun tərtibində iştirak edilməsi, eləcə də, protokolun bir surətinin ona təqdim edilməsinə dair inzibati xəta pozuntusunun aşkar edildiyi təsərrüfat subyektinə dəvət edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən müxtəlif vaxtlarda məhkəməyə təqdim edilən 01.12.2020-ci il tarixli protokol və ona əlavə edilmiş materiallara 13.07.2021-ci il tarixli məktubda qeyd olunmuş hər iki akt deyil, hər işə fərqli aktlar əlavə edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 01.12.2021-ci il tarixli bir-birini təkzib edən iki fərqli akt mövcud olsa da, hazır ki, iş üzrə sözügedən aktlardan sadəcə biri Dövlət Vergi Xidmətinin bir əməkdaşı tərəfindən 01.12.2021-ci il tarixdə imzalanmış “hüquqi şəxsin rəhbəri ilə telefon vasitəsilə əlaqə saxlanılmış, ona hüquqları və vəzifələri izah edilmiş, pozuntu ilə bağlı izahat verməsi və protokolun tərtib olunmasında iştirak etməsi təklif edilmiş, lakin o, təsərrüfat subyektinə gəlməkdən, izahat verməkdən, protokolun tərtibində iştirak etməkdən və surətini almaqdan imtina etmişdir” məzmunlu akt əlavə edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi 13.07.2021-ci il tarixli məktub ilə açıqlaması verilən 01.12.2021-ci il tarixli «Törədilmiş inzibati xəta ilə bağlı vergi ödəyicisinin rəhbəri ilə əlaqə yaratmaq, protokolu imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmadı» məzmunlu akt iş materiallarına əlavə edilməmişdir. Belə olan halda hazır ki, iş materillarına əlavə edilmiş aktın sübut növü kimi mötəbərliyini şübhə altına alır. Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi materiallar ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2020-ci il, 21 yanvar 2021-ci il, 22 fevral 2021-ci il, 31 mart 2021-ci il, 03 may 2021-ci il, 03 iyun 2021-ci il və 22 iyun 2021-ci il tarixli qərardadlarında qeyd olunmuş nöqsanlar aradan qaldırılmamışdır. Belə ki, Şəxs MMC-nə inzibati xəta haqqında protokolun surəti göndərilməsi barədə məktub əlavə edilsə də, Şəxs MMC tərəfindən protokolun rəsmi olaraq alınmasına dair iş materillarına mötəbət sübut əlavə edilməmişdir. Digər tərəfdən isə MMC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs izahat vermək, hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Belə ki, iş materillarında Şəxs MMC-nin rəhbərinin X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə dəvət edilməsi barədə müvafiq rəsmi bildiriş aşkar edilmədi. Materialdan görünür ki, inzibati xəta haqqında protokolda hüquqi şəxsin rəhbəri kimi göstərilən «X2» adlı şəxsin inzibati xəta haqqında iş üzrə icraatda iştirakının təmin olunması üçün sonradan da heç bir tədbir görülməmişdir. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında iş üzrə icraat aparıldığına dair məlumat verilməmiş, onun nümayəndəsinin iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi vasitəsilə izahat vermək, hüquqlarını müdafiə etmək və ümumiyyətlə müdafiə hüququndan istifadə etmək imkanından məhrum olmuşdur. Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qaytarılsın. Sədrlik edən Anar İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar