Məhkəmə qərarları › İş №3(010)-1021/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1021/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1021/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Xətai rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Xətai rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx.xx.2020-ci ildə saat 09:53-də Məhəmməd Hadi küçəsi ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində (xx xxxx 2020-ci il tarixinədək olan redaksiyada) nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, xx xxxxxxxx 2020-ci ildə onu Dövlət X4 dəvət etmişlər və onun 100 manat məbləğində cərimə edilməsi barədə xəbərdarlıq edilməklə inzibati tənbeh vermə haqqında qərarı təqdim etdilər. O, qərarla tanış olarkən xx xxx 2020-ci ildə onun icazəsiz olaraq epidemiya əleyhinə rejim qaydalarını pozduğu yazılsa da, həmin tarixdə onun işlə bağlı icazəsi olduğu nəzərə almadıqlarını müəyyən etmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Xətai rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Xətai rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X1 təqdim etdiyi sənəd surətləri ilə müəyyən olunur ki, o, gözəllik salonunda sac ustası-bərbər qadın kimi fəaliyyət göstərir. O, həmçinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verildiyini bildirir. Bu hallar inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Göstərilənlərə əsasən X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən «inzibati xəta hadisəsi olmadıqda», «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında» qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Xətai rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxx 2020ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar