Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1022/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X1 və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1994-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5WLTLY4, evli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 nömrəli evin 32 nömrəli mənzildə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, X2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 4 nömrəli evin qarşısında saxladığı ona məxsus “Zil” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən köhnə ehtiyyat hissələrini gizli yolla talayaraq zərərçəkmiş şəxs V.S.Əliyevə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X4 xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 227-ci maddəsinin tərkib əlaməti yaranmadığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirdi. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X3 məhkəmədə göstərdi ki, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə müraciət edərək xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 4 nömrəli evin qarşısında saxladığı “Zil” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 500 manat məbləğində köhnə ehtiyyat hissələrin oğurladığını bildirmişdir. Aparılmış araşdırma zamanı “Zil” markalı ** NR *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən köhnə ehtiyyat hissələrin Şəxs tərəfindən oğurlandığı müəyyən edilmiş, lakin sonuncunun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın sürəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X5 bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 4 nömrəli evin qarşısında saxladığı “Zil” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən, həmin avtomobilə aid köhnə ehtiyyat hissələrinin oğurlandığını aşkar etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə müraciət etmişdir. Onun müraciəti əsasında aparılmış araşdırma zamanı köhnə ehtiyyat hissələrinin Şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Hazırda vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və sonuncunu etdiyi əmələ görə bağışlayır. Sonda V.S.Əliyev qeyd etdiklərini nəzərə alınmasını Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0 və 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan başqa, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, AZA seriyalı, 000130 nömrəli inzibati qaydada tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 16:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verildiyinə görə inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1022/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1022/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver