Məhkəmə qərarları › İş №3(010)-1028/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1028/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1028/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Türkmənistan Respublikasının Nebitdağ şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, İnzibati bina, Ş.Mirzəyev 127 qeydiyyatda olan X1 barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.2-cimaddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokola əsasən, X2 xx.xx.2020-ci il tarixdə, təxminən saat 23:30 radələrində xüsusi icazə sənədi olmadan idarə etdiyi avtomaşınla hərbi vəziyyət rejiminin tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 məhkəmə iclasında özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, hərbi vəziyyət rejiminin tələblərini pozmayıb, belə ki, onun xüsusi icazə vərəqəsi var. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, X1 Azəbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən verilmiş elektron çıxarışdan müəyyən olunur ki, xx.xx.1986-cıtəvəllüdlü X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bütün ölkə ərazisində hərəkəti üçün icazəsi vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 hərbi vəziyyət rejimində hərəkəti üçün xüsusi icazə olduğundan, sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması səbəbi ilə inzibatı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azəbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar