Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1029/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 və Bakı şəhər X14 İdarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, 21 avqust 1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0WLFFJ8, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 27 fevral 2024-cü il tarixdə X3 Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 08 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X4 qəbul etdiyi 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış, şikayət vermiş X6 göstərdi ki, 08 fevral 2024-cü il tarixdə Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X4 qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2024-ci İl tarixində saat 23:45 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, AB massivinin qarşısındakı dairəyə yaxınlaşarkən dairənin boş olduğuna əmin olduğundan o, dairəyə daxil olmuşdur. Bu zaman anidən DYP-nə məxsus avtomobilin işıqlarının əvvəlcə sönülü olduğunu, qonradan qəfildən yandığını və sürətlə üstünə gəldiyini görmüşdür. DYP əməkdaşı ona saxla əmri vermiş və o, avtomobili saxlamışdır. DYP əməkdaşı yaxınlaşaraq ona bildirmişdir ki, dairəyə daxil olarkən onların avtomobilinə yol verməmişdir. O, DYP əməkdaşına işıqlarını söndürüb gizləndiklərini və o, dairəyə daxil olarkən sürətlə dairəyə yaxınlaşıb anidən işıqlarını yandırdıqlarını və bunun qəbul edilməz olduğunu bildirmişdir. Dediklərinə məhəl qoymayıb bildirmişdir ki, protokol tərtib edir və o, şikayət edə bilər. Protokolu qərarsız saxlamışlar və o, DYP-yə şikayət ünvanlamışdır. xx.xx.2024-cü il tarixində o, Suraxanı DYPŞ-nə yaxınlaşıb orda məsələni danışmışdır. Lakin Suraxanı DYPŞ-də əyləşən mülki geyimli əməkdaş ona “ola bilər polis avtomobilinin dinamosu xarab olub ona görə işıqsız sürür” deyib ona bildirmişdir ki, get hara istiyirsən şikayət elə. Protokol ilə razılaşmadığı üçün həmin protokol əsasında Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X4 qəbul etdiyi 23 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Verilmiş suallara cavab olaraq bildir ki, o qırmızı rəngli avtomobili idarə edir, lakin ona təqdim olunmuş videogörüntüdə olan avtomobilin nömrəsi görünmədiyindən onun avtomobili olub-olmaması barədə fikir söyləyə bilmir. Bundan başqa avtomobilinin arxa sol təkərinin üzərindəki krelində zədə izi olması doğrudur. Həmçinin DYP əməkdaşının təqdim etdiyi videogörüntü qısa kəsildiyindən avtomobili onun idarə etməsini təsdi qedən hər hansı sübut müəyyən edilməmişdir. Polis əməkdaşı onunla əsəbi halda danışmış və kobud rəftar etmişdir. X1 Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər X14 İdarəsinin səlahiyyətli nümayəndəsi X5 göstərmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 Bakı şəhər Suraxanı Rayon Dövlət X12 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə videogörüntünü təqdim edir. Həmin videogörüntüdən aydın olur ki, X6 08 fevral 2024-cü il tarixdə idarə etdiyi “TOYOTA PRİUS” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, AB massivinin qarşısındakı dairəyə yaxınlaşarkən dairənin boş olduğuna əmin olduğundan o, dairəyə daxil olaraq Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinin tələbini pozmaqla İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin vaxt onların idarə etdikləri avtomobilin işıqları yanılı olmuş, inzibati xəta aşkar olunan kimi avtomobildə olan sayrışan işıqlar qoşulmuş və avtomobil tərəfindən saxlanılmışdır. X7 tərəfindən idarə olunması videogörüntüdə görünməsə də onun avtomobilinin qeydiyyat nömrəsi görünmüş və bundan başqa qırmızı rəngli avtomobilin sol arxa təkərinin üzərindəki krelində zədə izinin olması aşkar görünmüş və həmin fakt Ramilin özü tərəfindən məhkəmə iclasında qeyd olunmuşdur. Hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli barəsində qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər X14 İdarəsinin səlahiyyətli nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi videogörüntüyə baxış zamanı görünür ki, xx.xx.2024-ci il tarixində saat 23:45 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, AB massivinin qarşısındakı dairəyə yaxınlaşarkən DYP-nə məxsus avtomobilin dairəyə daxil olması zamanı onu gözləməli olduğu halda gözləməmiş, yol nişanının tələbinə əməl etməyərək yoluna davam etmişdir. Buna görə də DYP əməkdaşı ona saxla əmri vermiş və o, avtomobili saxlamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 60-cı maddəsinin 1-ci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Beləliklə, işdə olan sübutlarla məhəkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunur, X6 xx.xx.2024-ci il tarixdə saat 23:45 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB massivinin qarşısındakı dairəyə yaxınlaşarkən DYP-nə məxsus avtomobilin dairəyə daxil olan zaman onu gözləməli olduğu halda gözləməmiş, yol nişanının tələbinə riayət etməyərək yoluna davam etmişdir. Buna görə də DYP əməkdaşı ona saxla əmri vermiş və o, avtomobili saxlamışdır. Yol hərəkət qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. X3 əməli DYP əməkdaşının avtomobilində quraşdırılmış məhkəməyə təqdim etdiyi video görüntü və yol patrul xidmətinin izahatı ilə təsdiq olunur. İnzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin tələblərinə riayət olunmaqla baxılaraq, Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X4 qəbul etdiyi 23 fevral 2024-cü il tarixli qərarla X6 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından X14nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X14 İdarəsinin, X14 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X14 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X6 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün tərtib edilmiş 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 şikayəti rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 110, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti rədd edilsin. Bakı şəhər Suraxanı Rayon Dövlət X12 polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş 23 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1029/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1029/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver