Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1032/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən "AZFEN" BM" şirkətinin (**********) ünvanına xx.xx.2023-cü il tarixində 52ABG141/52ABE947 nömrəli nəgliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********0297 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC -nin nümayəndəsi X5 izahatında vermiş olduğu sübutlarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan EP ******* saylı 16 fevral 2024-cü il tarixli protokola əsasən, “Sahil" gömrük postundan daxil olmuş 3-33-/3-1-036267/2023 nömrəli, xx.xx.2023- cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, "AZFEN" BM" şirkətinin (**********) ünvanına xx.xx.2023-cü il tarixində 52ABG141/52ABE947 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********0297 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, "AZFEN" BM" şirkətinin ünvanına 52ABG141/52ABE947 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallara dair verilmiş **********9907 sorğu nömrəli gısa idxal bəyannaməsi mallar xx.xx.2023- cü il tarixdə saat 17:01-də “Maımgara” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilməzdən əvvəl xx.xx.2023-cü il tarixdə saat 19:25-də tərtib olunsa da, xx.xx.2023-cü il tarixdə saat 10:56-da gömrük orqanına elektron formada rəsmiləşdirmək üçün göndərilmişdir. İş üzrə araşdırma zamanı "AZFEN" BM" şirkətinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X3 izahatı alınmışdır. O, izahatında "AZFEN" BM" şirkətinin ünvanına 52ABG141/52ABE947 nömrəli nəqliyyat vasitəsi ilə Almaniyadan ölkə ərazisinə daxil olmuş Yaponiya mənşəli 1 adda qiymətsiz metallardan, qövs elektrik qaynağı üçün istifadə olunan özəkli məftillər yükü üçün qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan CMR, 402556 nömrəli “packing list” və 402556 nömrəli invoys sənədlərinin "AZFEN" BM" şirkətinin nümayəndəsi Rüfət Həsənzadə tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə "xxxx" Logistics MMC-nin (daşıma şirkəti) nümayəndəsi Anar Tağızadəyə göndərildiyini, onun da öz növbəsində Şəxs MMC-nin əməkdaşı Kamran Fərhadlıya həmin sənədləri göndərərək gısa idxal bəyannaməsinin tərtib edilməsini Salahov Rəşada həvalə etdiyini bildirmişdir. Qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün nəzərdə tutulan 30 AZN dövlət rüsumu “GSP LOGİSTİCS" MMC-nin əməkdaşı Anar Tağızadə tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilsə də. qısa idxal bəyannaməsi rəsmiləşdirmək üçün xx.xx.2023-cü il tarixdə qısa idxal bəyannaməsini tərtib edən Rəşad Salahov tərəfindən göndərilmiş və gec göndərilmə səbəbinin ona məlum olmadığını da bildirmişdir. Həmçinin mal-müşayiət sənədlərinin də bəyannaməçiyə vaxtında təgdim edildiyini təsdiq edən elektron-poçt üzərində olan yazışmalar da təqdim edilmişdir. İş üzrə araşdırma zamanı Şəxs MMC-də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalışan X4 izahatı alınmışdır. O, izahatında "AZFEN" BM" şirkətinin ünvanına 52ABG141/52ABE947 nömrəli nəgliyyat vasitəsi ilə Almaniyadan ölkə ərazisinə daxil olmuş Yaponiya mənşəli 1 adda giymətsiz metallardan, gövs elektrik gaynağı üçün istifadə olunan özəkli məftillər yükü üçün gısa idxal bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan CMR, 402556 nömrəli “packing list” və 402556 nömrəli invoys sənədləri "AZFEN" BM" şirkətinin nümayəndəsi Rüfət Həsənzadə tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə Şəxs MMC-nin əməkdaşı Kamran Fərhadlıya göndərildiyini, gısa idxal bəyannaməsinin tərtib edilməsnin də həmin tarixdə ona həvalə edildiyini, gısa idxal bəyannaməsinin tərtib edilməsi üçün nəzərdə tutulan 30 AZN dövlət rüsumunun xx.xx.2023-cü il tarixdə saat 19:31 radələrində "xxxx" MMC-nin əməkdaşı Anar Tağızadə tərəfindən ödənildiyini və həmin tarixdə də gısa idxal bəyannaməsini mobil telefon vasitəsilə sistemə yüklənərək rəsmiləşdirilməsi üçün göndərildiyini, sistemdə problem olduğundan gısa idxal bəyannaməsinin rəsmiləşdirilmək üçün göndərilmədiyini, təkrar sistemə daxil oldugda "AZFEN" BM" şirkətinin məxsus gısa idxal bəyannaməsinin təsdiqlənmədiyini gördüyünü və bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən rəsmiləşdirmək üçün göndərdiyini bildirmişdir. İş üzrə araşdırma zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi sistemin işləyib-işləmədiyi və'işləmədiyi halda hansı saatlarda işləmədiyi barədə Bakı Baş Gömrük idarəsinə məlumat verilməsi məqsədilə 3- 33-1100/2-000393/2024 nömrəli, 25.01,2024-cü il tarixli məktubla Dövlət Gömrük Komitəsinin Rəqəmsal idarəetmə Bas idarəsinə müraciət olunmuş, həmin müraciətə cavab olaraq daxil olmuş 3-33-1100/1-002426/2024 nömrəli, 29.01,2024-cü il tarixli məktuba əsasən qeyd olunan dövr ərzində gömrük xidmətinin X1 Sistemində texniki səbəbdən dayanmaların olmadığı müəyyən edilmişdir. İş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, "AZFEN" BM" şirkətinin (**********) ünvanına xx.xx.2023-cü il tarixində 52ABG141/52ABE947 nömrəli nəgliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********0297 saylı GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında gömrük organına verilməməsi "AZFEN" BM" şirkətinin deyil, onun adından gömrük bəyannaməsi verilən, **********0297 sorğu nömrəli gömrük bəyannaməsinin 14-cü qrafasında bəyannaməçi (təmsilçi) olaraq geyd olunan “İNTERACTİVE BROKERS" MMCnin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə, Şəxs MMC tərəfindən "AZFEN" BM" şirkətinin (**********) ünvanına xx.xx.2023-cü il tarixində 52ABG141/52ABE947 nömrəli nəgliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********0297 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, Şəxs MMC tərəfindən 35,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, 35,40 manat məbləğdə pul ödənişi Şəxs MMC tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında təqdim edilmiş qısa idxal bəyannaməsindən görünür ki, həmin bəyannamə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, həmin bəyannaməyə əsasən “bəyanaməçi” Şəxs MMC, mallar-qiymətsiz metallardan, qövs elektrik qaynağı üçün istifadə olunan özəkli məftilləri, malı qəbul edən “AZFEN” BM kimi göstərilmişdir. Həmin gömrük bəyannaməsində məlumatların təsdiq edildiyi tarix-xx.xx.2023-cü il kimi göstərilmişdir. Bundan əlavə Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş yazışmalardan da görünür ki, malın daxil edilməsi ilə əlaqədar dövlət rüsumu və avans ödənilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmamışdan əvvəl xx.xx.2023-cü il tarixdə saat 19:25-də mal qeydiyyata alınmış bu barədə qısa idxal bəyannaməsi tərtib edilmiş və elektron qaydada yerləşdirilmişdir, bu barədə Şəxs MMC-in nümayəndəsi tərəfindən təqdim edilən elektron kabinetində bu barədə qeydiyyat da təsdiq edir. Həmin gün saat 19:31-də 35,40 manat dövlət rüsumu ödənilmişdir. Mallar xx.xx.2023-cü il tarixdə saat 17:01-də gömrük ərazisinə daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə qısa idxal bəyannaməsi elektron qaydada verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qısa idxal bəyannaməsinin elektron qaydada vaxtında verilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1032/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1032/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver