Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1034/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 499.1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100-00461/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 00100-00461/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC tərəfindən **********7262 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixdən bitməsinə baxmayaraq, MMC tərəfindən müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı müraciət edilməmiş və həmin bəyannamə üzrə bəyan edilmiş ümumi gömrük dəyəri 1700 manat təşkil edən 2 ədəd Rotriver və pudel cinsli itlər MMc tərəfindən xx.xx.2024-cü il tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Ona görə də "xxxx" MMC barəsində İXM-in 499.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilərək, izahatında göstərdi ki, daşınma üçün istifadə ediləcək avtonəqliyyatın tapılmasında çətinlik yarandığından gecikmə olmuşdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan **********7262 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına "xxxx" MMC tərəfindən gələn mallara dair gömrük bəyannaməsi verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********7262 saylı GB ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş (netto çəkisi 5750 kq, invoys dəyəri 11301,00 ABŞ dolları olan) malların öhdəlik müddəti bitənədək malların bir qismi (netto çəkisi 5720 kq, invoys dəyəri 11301,00 ABŞ dolları olan) mallar təkrar ixrac olaraq geri qaytarılmışdır. Lakin malların öhdəlik müddəti xx.xx.2024-cü tarixdə bitməsinə baxmayaraq şirkət tərəfindən yükün digər hissəsi sərbəst dövriyyə gömrük proseduru altında rəsmiləşdirilməsi üçün xx.xx.2024-cü il tarixində **********5981 saylı GB tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100-00461/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, AZ 1089 ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********7262 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilərək Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal edildiyi, sözügedən bəyannamə əsasında müvəqqəti idxal edilən malların müvəqqəti idxal müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, "xxxx" MMC (VÖEN **********) tərəfindən müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı müraciət edilməmiş və həmin bəyannamə üzrə bəyan edilmiş ümumi gömrük dəyəri 1700 manat təşkil edən 2 ədəd Rotriver və pudel cinsli itlər MMc tərəfindən xx.xx.2024-cü il tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə əsasında nümayəndəsi X1 izahatından görünür ki, Bakı Dövlət Sirkində inzibatçı vəzifəsində işləyir, eləcə də "xxxx" MMC-nin fəaliyyətində təşkilatçı kimi iştirak edir. Həmçinin şirkətin gömrük işlərini o görür. ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) tərəfindən **********97262 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallar Bakı Dövlət Sirkində nümayiş etdirilməsi məqsədilə ölkə ərazisinə gətirilərək xx.xx.2024-cü il tarixədək müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilmiş, sözügedən bəyannamə əsasında müvəqqəti idxal edilən malların böyük qismi 29 yanvar 2024-cü il tarixdə təkrar ixrac olunaraq Rusiya Federasiyasına qaytarılmış, lakin müvəqqəti idxal edilmiş mallardan iki ədəd itdən biri gətirildikdən sonra öldüyündən, digəri isə sahibi tərəfindən təhvil alındığından onların təkrar ixrac edilməsi mümkün olmamış və onlar 13 fevral 2024-cü il tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Malların öhdəlik müddətinin xx.xx.2024cü il tarixində bitməsinə baxmayaraq "xxxx" MMC həmin malların bir hissəsini öhdəlik müddətinin bitməsi tarixinə qədər rəsmiləşdirməni həyata keçirə bilməmələrinə səbəb işlərinin çoxluğu olmuşdur. Bununla bağlı qanunla nəzərdə tutulan cəriməni ödəməyə hazırdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. 193.2-ci maddəsinə əsasən malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 193.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır. 193.4.-6 maddəsinə əsasən bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin qaydaların 6.7-ci bəndinə əsasən müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC tərəfindən **********7262 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixdən bitməsinə baxmayaraq, MMC tərəfindən müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı müraciət edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki "xxxx" MMC tərəfindən İXM-in 499.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə "xxxx" MMC-nin İXM-in 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1034/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1034/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver