Məhkəmə qərarları › İş №3(010)-1038/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1038/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1038/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin, Borclu Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(010)- 1135/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 21.01.2020-ci il tarixdən başlayaraq 18.02.2004-cü il təvəllüdlü X4, 12.06.2007-ci il təvəllüdlü X1 və 01.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir.Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(010)-1135/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 21.01.2020-ci il tarixdən başlayaraq 18.02.2004-cü il təvəllüdlü X4, 12.06.2007-ci il təvəllüdlü X1 və 01.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Borclu Şəxs məhkəmə baxışı ərəfəsində aliment borcundan 600 manat ödəniş etmiş,qalan 890 manat aliment borcunu hər ay məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini mütəmadi olaraq ödəmək şərti ilə cari ilin oktyabr ayınadək tam olaraq ödəməsinə dair öhdəlik götürmüşdür. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(010)-1135/2020 saylı icra vərəqəsinə əsasən ondan 21.01.2020-ci il tarixdən başlayaraq 18.02.2004-cü il təvəllüdlü X4, 12.06.2007-ci il təvəllüdlü X1 və 01.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Alimentin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır, işin məhkəmə baxışınadək tələbkar X5 olan borcundan 600 manat ödəmişdir. O, tələbkar X5 qalan borcunu hər ay kəsilən 450 manat aliment borcunu ödəmək şərti ilə 2021-cu ilin oktyabr ayına qədər tez müddətdə ödəyəcək. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, məhkəmə iclasında tələbkar X5 olan borcundan 600 manat ödəniş etmiş, tələbkar X5 qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 114-115,117,128 və 130cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar