Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-104/2021 25.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Suraxanı rayon DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli “X3 haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X2 Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli X3 Haqqında qərardan məhkəməyə şikayət verərək, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli X3 haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 ərizəsində göstərmişdir ki, xx.xx.2021-cı il tarixdə Bakı şəhəri Suraxanı DYPSnin TP ******* saylı qərarına əsasən AR İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə edilmişdir. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. xx.xx.2021-ci il tarixdə Yeni Günəşli postuna yaxınlaşıb. Posta dayanan polisə şəxsiyyət vəsiqəsini təqdim edib. Polis onun adının icazə portalında olmadığını bildirib. O, sonuncuya portalda xx.xx.2021-ci ilə qədər icazəsi olduğunu sübut etmək üçün telefonu araşdırarkən polis insektoru onu qanunsuz olaraq AR İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə etmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Suraxanı DYPŞ-nin TP- ******* saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsində göstərilənlərə uyğuyn izahat verərək, Bakı şəhəri Suraxanı DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqana şikayətə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yöz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək möddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2021-ci il tarixdə qüvvədə olub. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı DYPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş TP seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan “icaze.e-gov.az” portalından çıxarışdan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü, “xxxx” MMC-də elektrik mühəndisi vəzifəsində işləyən X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ölkə ərazisi üzrə sərbəst hərəkəti üçün icazəsi var. Bakı şəhəri Suraxanı DYPŞ-nin vəzifəli şəxsinin İnzibati Tənbeh Vermə Haqqında iş üzrə xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür ki, X2 barəsində xx.xx.2021-ci il tarixli TP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol xx.xx.2021-ci il tarixdə tərtib edilib. Məhkəmə qeyd edir ki, göstərilən hallar X1 karantin qaydalarını pozmadığını və ona verilmiş icazə sənədinin qüvvədə olduğu müddətdə yəni, xx.xx.2021-ci il tarixdə yaşayış yerini tərk etdiyi müəyyən edilir. Bu hal inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Bakı şəhəri Suraxanı DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı DYPŞ-ə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-104/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-104/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver