Məhkəmə qərarları › İş №3(010)-1045/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1045/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1045/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X8 nümayəndəsi X2, Barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 333.1 və 332.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X6 daxil olmuş X7 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxxx 2020-ci ildə saat 09:31-də “MERCEDES BENZ C 180” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində X7 iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşı tərəfindən onun barəsində tərtib etmiş protokol qanunsuz tərtib edilmişdir, əsassızdır və protokolla razı deyil. Belə ki, o, atasının mülkiyyətində olan **-EO-*** nömrə nişanlı “Mercedes Benz C180” markalı avtomobili hazırda qüvvədə olan etibarnamə əsasında idarə edir. O, xx.xx.2020-ci il tarixdə, axşam vaxtı 3 bokal pivə içmiş, xx.xx.2020-ci il tarixdə həmin avtomobillə səhər saatlarında Bakı şəhəri, Hövsan yolunda hərəkət edərkən, polis əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin polis əməkdaşı ondan içkili olub-olmadığını soruşmuşdur. O, isə xx.xx.2020-ci il tarixdə, axşam 3 bokal pivə içdiyini, hal-hazırda isə ayıq vəziyyətdə olduğunu bildirmişdir. Polis əməkdaşı ona bildirmişdir ki, içkili olmağı barədə qeyd aparsın, bunun heç bir hüquqi nəticəsi olmayacaqdır. Bundan sonra o, müvafiq protokolda göstərilən qeydi yazmışdır. Lakin polis əməkdaşından uzaqlaşan kimi DİN-nin 102 çağrı mərkəzinə zəng edərək, hadisə barədə məlumat vermişdir. DİN-nin 102 çağrı mərkəzindən ona bildirilmişdir ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün nakoloji mərkəzə müraciət etməlidir. O, həmin gün nakoloji mərkəzə yaxınlaşaraq yoxlanmış və müəyyən olunmuşdur ki, onda alkoqolun konsentrasiyası 0,3 promillidən aşağıdır, hətta demək olar ki, yox dərəcəsindədir. Bundan əlavə o, xx.xx.2020-ci il tarixdə avtomobili etibarnamə əsasında və təhlükəsizlik kəmərindən istifadə edərək sürmüşdür. Beləliklə sərxoşluq vəziyyətinin müayinəsi barədə həkim tərəfindən ona verilmiş arayışa əsasən və İXM-nin müvafiq müddəalarını rəhbər tutaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində X7 iş üzrə icraat aparılan Şəxs vəkili (nümayəndəsi) Vəkil Şəxs izahatına uyğun izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs qanun pozuntusuna yol verməmişdir. Belə ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə edərək, etibarnamə əsasında istifadə etmişdir. Bundan başqa məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:00-da keçirilən müəyinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmamışdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X8 nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Yolunda «MERCEDES BENZ C180 minik» markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini müvafiq təhlukəsizlik kəmərindən istifadə etmədən, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində İXP ******* saylı, xx.xx.2020-ci il tarixli X7 protokol tərtib olunmuşdur. Lakin polis əməkdaşı tərəfindən texniki səhv olaraq sürücünün avtomaşını etibarnamə olmadan idarə etdiyi göstərilmişdir. Sonrakı araşdırmanın nəticəsi olaraq qeyd edir ki, sürücü avtomaşını etibarnamə əsasında idarə etmişdir. Sürücünün nəqliyyat vasitəsini müvafiq təhlukəsizlik kəmərindən istifadə etmədən idarə etməsi İXM-nin 99.1.1-ci maddəsinə əsasən səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə, vizual müşahidə əsasında, onun avtomaşını sərxoş vəziyyətdə idarə etməsi isə xüsusi texniki vasitənin göstərijiləri, həmçinin, sürücünün özünün etirafedici izahatı əsasında müəyyən edilmişdir. Sürücünün ilkin müayinədən 5 saat sonra ayıq vəziyyətdə olması və buna dair yeni tibbi müayinə protokolunun tərtib edilməsi isə təbiidir. Belə ki, pivə içkiçinin orqanizmdə konsentrasiyasının minimuma düşməsi orqanizmin xüsusiyyətlərindən asılı olaraq 4-5 saat ərzində baş verir, sürücü ilkin müayindən 5 saat sonra yenidən tibbi müayinədən keçmişdir, bu müddət ərzində alkoqolun konsentrasiyasının minimuma etməsi gözlənilən haldır. Lakin sürücü saxlanılarkən və ilkin müayinədən keçərkən, onun yüngül sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində X7 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X7 protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci ildə saat 09:31-də “MERCEDES BENZ C 180” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili təhlükəsizlik kəmərini bağlamadan, sərxoş vəziyyətdə və nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İş materiallarında olan Sərxoşluq Vəziyyətini müəyyən etmək üçün xüsusi Texniki Vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxsxx xxxxxxxx 2020-ci ildə “MERCEDES BENZ C 180” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Protokolda əks olunmuş Şəxs izahatından görünür ki, o, avtomobili idarə edərkən, sərxoş olduğunu etiraf etmiş, həkimə getməyə ehtiyac olmadığını bildirərək, alkotesterin göstəricisi ilə razıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitələrindən İstifadə edilməsi haqqında Etibarnamənin kserosurətindən müəyyən olunur ki, X4 “MERCEDES BENZ C 180” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şəxs etibar etmişdir. Eibarnamə 6 il 1 ay 11 gün müddətinə verilib. Bundan başqa, Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:00-da keçirilən müəyinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmamışdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. X7 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2020-ci ildə Şəxs 1.881 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. Məhkəmə X7 materialları araşdırıb hesab edir ki, barəsində X7 iş üzrə icraat aparılan Şəxs İXM-in 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi iş materialları ilə tam təsdiq edilir. Belə ki, Şəxs xx xxxxxxxx 2020-ci ildə saat 09:31-də “MERCEDES BENZ C 180” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış və alkotestr müayinəsi zamanı məlum olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edir. Lakin Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 15:00-da keçirilən yeni müəyinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmamışdur. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə saat 09:31-dən 15:00-dək olan müddətdə Şəxs qanında olan alkoqolun konsentrasiyası buxarlana bilər. Belə olan halda Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu onun barəsində protokol tərtib edilən saatda, yəni xx.xx.2020-ci il tarixdə saat 09:31-də Şəxs sərxoş olmamasını müəyyən etmək üçün mötəbər sübut hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X1 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. X1 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi X7 iş üzrə icraata başlanması üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində X7 iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud X7 işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, barəsində X7 iş üzrə icraat aparılan şəxs öldükdə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilməlidir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar