Məhkəmə qərarları › İş №3(010)-1051/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1051/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1051/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs barəsində tərtib edilmiş TP seriyalı ******* nömrəli 30.03.2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, o, 28 mart 2021-ci ildə saat 16:13-də «VAZ 2103» minik markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayarkən o, təhlükəsizlik kəmərindən istifadə etməmiş və sərxoş olmuşdur. Bu səbəbdən də, Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə olunmuşdur. Onun maddi imkanı qənaətbəxş olmadığından, barəsində olan TP seriyalı ******* nömrəli 30.03.2021-ci il tarixli qərarı icra etməmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs TP seriyalı ******* nömrəli 30.03.2021-ci ildə «VAZ 2103» minik markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə olunmuşdur. Bu barədə müvafiq qərar verilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi tərəfindən 04.08.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə olunması barədə məlumatlandırılmış və həmin cəriməni qanunla müəyyən edilən müddət ərzində ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar