Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1054/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1984-cü il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Türkmənistan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Abşeron quşçuluq sovxozu (yataqxana) ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 22 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş “X13 Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı filialında işə qəbul olunaraq “Qaynaq Briqadiri” işinə təyin edilmiş Şəxs şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Quşçuluq Sovxozu" nömrəsiz ünvanda yerləşən mərkəz ofisində qaynaq işlərinin təhlükəsiz aparılması üçün qəbul edilmiş işə şəraitindən asılı olaraq işçilərin təhlükəli istehsalat faktorlarından və texnoloji prosesin pozulması nəticəsində yaranan təhlükəli və zərərli istehsal amillərinin təsirindən qorumaları üçün tədbirlər görməyərək «İstehsalat prosesləri» 12.2.003-75 DST-nin 2.9.1 bəndinin tələblərini pozması ehtiyatsızlıqdan həmin şirkətdə qaynaqçı usta vəzifəsində işləyən X2 20 avqust 2022-ci il tarixdə beton boruları qaynaq edən zaman borunun onun sol əli üzərinə düşərək onun sol əlin arxa və ovuc səthlərinin əzilmiş-didilmiş yarası və İV barmağın səthi bükücü və açıcı vətərlərin kəsilməsi ilə müşayiət olunan İV daraq sümüyünün, İİİ barmağın proksimal falanqasının açıq sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlər almasına səbəb olmuşdur. Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X4 məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisini dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 03 noyabr 2022-ci il tarixli, 1231 saylı rəyindən görünür ki, X3 aşkar edilmiş sol əlin arxa və ovuc səthlərinin əzilmiş-didilmiş yarası və İV barmağın səthi bükücü və açıcı vətərlərin kəsilməsi ilə müşayiət olunan İV daraq sümüyünün, İİİ barmağın proksimal falanqasının açıq sınıqları xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni 20 avqust 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X2 xəsarət alması faktına dair rayon prokurorluğunda araşdırılan 390-C-22 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, xx xxxxxx 1984-cü il tarixdə Türkmənistan Respublikasının Lebap vilayətinin Xalaç etrafının Esenmenli kəndində anadan olmuş, evli, Türkmənistan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Quşçuluq sovxozu" nömrəsiz ünvanında yaşayan “X13 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialında “Qaynaq Briqadiri” vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə inzibati işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş “X13 Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı filialında işə qəbul olunaraq “Qaynaq Briqadiri” işinə təyin edilmiş Şəxs şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Quşçuluq Sovxozu" nömrəsiz ünvanda yerləşən mərkəz ofisində qaynaq işlərinin təhlükəsiz aparılması üçün qəbul edilmiş işə şəraitindən asılı olaraq işçilərin təhlükəli istehsalat faktorlarından və texnoloji prosesin pozulması nəticəsində yaranan təhlükəli və zərərli istehsal amillərinin təsirindən qorumaları üçün tədbirlər görməyərək «İstehsalat prosesləri» 12.2.003-75 DST-nin 2.9.1 bəndinin tələblərini pozması ehtiyatsızlıqdan həmin şirkətdə qaynaqçı usta vəzifəsində işləyən X2 20 avqust 2022-ci il tarixdə beton boruları qaynaq edən zaman borunun onun sol əli üzərinə düşərək onun sol əlin arxa və ovuc səthlərinin əzilmiş-didilmiş yarası və İV barmağın səthi bükücü və açıcı vətərlərin kəsilməsi ilə müşayiət olunan İV daraq sümüyünün, İİİ barmağın proksimal falanqasının açıq sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta haqqında iş materiallarından həmçinin müəyyən olunur ki, əmək qanunvericiliyinə dair tələblərin pozulması növündə davam edən inzibati xəta hadisəsi, yəni Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı 23 noyabr 2022-ci il tarixdə aşkar edilmiş, həmin tarixdə X2 xəsarət alması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair prokuror qarşısında vəsatət qaldırılması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi X7 tərəfindən qərar qəbul edilmiş və 17 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun prokuroru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış, inzibati xəta haqqında iş üzrə icraat materialları 22 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın aşkara çıxarıldığı vaxtdan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 03 ay sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuş, hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman inzibati xətanın aşkara çıxarıldığı vaxtdan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən artıq 03 ay 14 gün keçmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsində hazırda məhkəmədə baxıldığı vaxt Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1054/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1054/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver