Məhkəmə qərarları › İş №3(010)-1055/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1055/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1055/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminovun, Borclu Şəxs iştirakı ilə, 25.09.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “AB” Y/S, ev 123, mənzil 111 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon Məhkəməsinin 13.07.2010-cu il il tarixli, 2(010)-1007/2010 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 3050 (üç min əlli) manat dəyərində qızıl-zinət əşyaları və ya onların pul ekvivalentində dəyəri və 50 (əlli) manat dəyərində “DVD” maqnitofonu və ya onun dəyəri və 11,85 (on bir manat səksən beş qəpik) dövlət rüsumu alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin 13.07.2010-cu il il tarixli, 2(010)- 1007/2010 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 3050 (üç min əlli) manat dəyərində qızıl-zinət əşyaları və ya onların pul ekvivalentində dəyəri və 50 (əlli) manat dəyərində “DVD” maqnitofonu və ya onun dəyəri və 11,85 (on bir manat səksən beş qəpik) dövlət rüsumu alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. İcra vərəqəsinin icrasını tam təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış və bildirmişdir ki, maddi imkanı gənaətbəxş deyildir və buna görə də borcunu ödəmək imkanı yoxdur. Hazırda borclunun tələbkara 3111,85 manat məbləğində borcu var. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsinin 13.07.2010-cu il il tarixli, 2(010)-1007/2010 saylı icra sənədinə əsasən ondan 3050 (üç min əlli) manat dəyərində qızıl-zinət əşyaları və ya onların pul ekvivalentində dəyəri və 50 (əlli) manat dəyərində “DVD” maqnitofonu və ya onun dəyəri və 11,85 (on bir manat səksən beş qəpik) dövlət rüsumu alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Onun hazırda maddi imkanı gənaətbəxş deyildir və buna görə də borcunun ödəmək imkanı yoxdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 13.07.2010-cu il il tarixli, 2(010)-1007/2010 saylı icra vərəqəsindən görünür ki, Şəxs 3050 (üç min əlli) manat dəyərində qızıl-zinət əşyaları və ya onların pul ekvivalentində dəyəri və 50 (əlli) manat dəyərində “DVD” maqnitofonu və ya onun dəyəri və 11,85 (on bir manat səksən beş qəpik) dövlət rüsumu alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarından müəyyən olunur ki, Şəxs barəsində 13.08.2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbayjan Respublikası İnzibati Xətalar Məjəlləsinin 528.1-ji maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini, törətdiyi inzibati xətanı etiraf edərək, peşman olduğunu yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar