Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1059/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X3 iştirakı ilə, Suraxanı RPİ-nin DYPŞ YPX-nin sabiq inspektoru, polis mayoru Mais Məmmədovun 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsinə və baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılması barədə qərar qəbul edilməsinə dair Bakı şəhəri Suraxanı rayon prokuroru, Baş ədliyyə müşaviri Rəşid Mahmudovun protestinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X2 RPİ-nin DYPŞ YPX-nin sabiq inspektoru, polis mayoru Mais Məmmədovun 22 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Suraxanı rayon prokuroru, Baş ədliyyə müşaviri X11 rayon Məhkəməsinə protest ilə müraciət edərək, Suraxanı RPİ-nin DYPŞ YPX-nin sabiq inspektoru, polis mayoru Mais X1 inzibati tənbeh verilməsi haqqinda 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Protestdə qeyd olunur ki, X9 21.04.2021-ci il tarixdə saat 12:40-da “OPEL ASTRA” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində hərəkətdə olarkən, “MERCEDES BENZ” markalı, **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Suraxanı RPİ-nin DYPŞ YPXnin sabiq inspektoru, polis mayoru Mais Məmmədovun 22.04.2021-ci il tarixli qərarı ilə X9 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur.Suraxanı RPİ-nin DYPŞ-də toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları "xxxx" ASC-nin müraciəti əsasında tələb edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, inzibati iş üzrə icraat zamanı tam və hərtərəfli araşdırma aparılmadan, qanunsuz və əsassız olaraq Zəfər Əhmədov tərəfindən inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Zəfər Əhmədovun yol- nəqliyyat hadisəsini törətməkdə təqsirli olmasını təsdiq edən mötəbər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prezumpsiyası prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Zəfər Əhmədov inzibati məsuliyyətə yanlız materiala əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi və alınmış izahatlar əsasında cəlb edilmiş, həmin izahatlar da olduqca səthi alınmış, səlahiyyətli şəxs tərəfindən hadisə baş verən ərazidə quraşdırılmış kameraların olub-olmaması müəyyən edilməmiş, müsbət halda hadisəyə dair videogörüntülərə baxış keçirilməmişdir. İcraat materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi düzgün tərtib edilməmiş, sxemdə yol ayrıcında quraşdırılmış yol nişanlarının olub-olmaması göstərilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında rclssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Hazırki işüzrə yolnəqliyyat hadisəsinin sxemində hər hansı yol nişanı, eləcə də üstünlük nişanının olubolmaması göstərilmədiyindən hadisənin baş verdiyi yol ayrıcının eyni əhəmiyyətli yol ayrıcı olduğu müəyyən edilir. Belə olan halda “OPEL ASTRA” markalı avtomobil “MERCEDES BENZ” markalı avtomobilə sağdan yaxınlaşdığından sonuncu avtomobilin sürücüsü “OPEL ASTRA” markalı avtomobilin sürücüsünə yol verməli idi. Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinə əsasən prokuror səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə protest verə bilər. Beləliklə, Suraxanı DYPŞ-nin YPX-nin sabiq inspektoru, polis mayoru Mais Məmmədovun inzibati tənbeh verilməsi barədə 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılmasına dair protestin verilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Suraxanı RPİ-nin DYPŞ YPX-nin sabiq inspektoru, polis mayoru Mais X1 inzibati tənbeh verilməsi 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon prokurorunun köməkçisi X5 işin məhkəmə baxışı zamanı protestdə göstərilənlərə uyğun məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən protestə baxılmasının 25.08.2021-ci il tarixə saat 1245-ə təyin edilməsi və iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə protestə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi X4 dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, protest təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 22.04.2021-ci il tarixli TP4326254 saylı qərardan görünür ki, X9 24.04.2021-ci ildə «OPEL ASTRA H» minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Hazırki iş üzrə yol-nəqliyyat hadisəsinin sxemində hər hansı yol nişanı, eləcə də üstünlük nişanının olub-olmaması göstərilmədiyindən hadisənin baş verdiyi yol ayrıcının eyni əhəmiyyətli yol ayrıcı olduğu müəyyən edilir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Zəfər Əhmədov inzibati məsuliyyətə yanlız materiala əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi və alınmış izahatlar əsasında cəlb edilmiş, həmin izahatlar da olduqca səthi alınmış, səlahiyyətli şəxs tərəfindən hadisə baş verən ərazidə quraşdırılmış kameraların olub olmaması müəyyən edilməmiş, müsbət halda hadisəyə dair videogörüntülərə baxış keçirilməmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi düzgün tərtib edilməmiş, sxemdə yol ayrıcında quraşdırılmış yol nişanlarının olub-olmaması göstərilməmişdir. Bakı şəhər Suraxanı DYPŞ məhkəməyə hadisənin videogörüntüsünü təqdim etməyib. Bununla da iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinə əsasən prokuror səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Protest təmin olunsun. X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsi ilə bağlı Suraxanı RPİ-nin DYPŞ YPX-nin sabiq inspektoru, polis mayoru Mais Məmmədovun 22.04.2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Suraxanı DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1059/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1059/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver