Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1061/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Post 711 İİİ Tağım YPX-nin inspektoru polis kiçik serjantı X1 31 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X2 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Post 711 İİİ Tağım YPX-nin inspektoru polis kiçik serjantı X1 31 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan ərizə verib. Ərizəsinə müvafiq prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə edilmiş, həmin vəsatətə məhkəmədə baxılaraq 28 fevral 2023-cü il tarixli qərardadla rədd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Göründüyü kimi Post 711 İİİ Tağım YPX-nin inspektoru polis kiçik serjantı X1 qərarının qəbul edildiyi vaxtdan 01 aydan çox vaxt keçib. Beləliklə, ərizə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan prosessual müddət buraxıldıqdan xeyli sonra verilib. Odur ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Post 711 İİİ Tağım YPX-nin inspektoru polis kiçik serjantı X1 31 dekabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X5 ərizəsi geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1061/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1061/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver