Məhkəmə qərarları › İş №3(010)-1075/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1075/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1075/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə inzibati tənbeh vermə haqqında 17 avqust 2021-ci il tarixli qərarla (EQ7482266) bağlı X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati tənbeh vermə haqqında 17 avqust 2021-ci il tarixli qərarla (EQ7482266) X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. Həmin qərarla X2 «VAZ 21093» minik markalı 10LB819 dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi vaxt «Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən» hərəkətini davam etməkdə təqsirli bilinib. X2 bu qərardan şikayət verib. X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, 17 avqust 2021-ci ildə «VAZ 21093» minik markalı 10LB819 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda quraşdırılmış, lakin ağacların budaqlarının qarşısını kəsməsi səbəbindən görünməyən svetoforun qadağanedici işarəsini görmədiyindən hərəkətini davam etmişdir. Bununla bağlı barəsində yuxarıda qeyd olunan qərar verilib. Həmin qərarı qanunsuz və əsassız sayır. Belə ki, svetofor, ağacların onun qarşısını kəsməsi səbəbindən hadisə vaxtı «tam olaraq görünmürdü». Belə olan halda isə sürücü məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhər DYPİ nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin edilə bilməz. Qeyd olunur ki, X2 öz şikayətinə hadisə yerinin (svetoforun quraşdırıldığı ərazinin) fotoşəkillərini əlavə edib. Bu fotoşəkillərlə müəyyən olunur ki, yol kənarında əkilmiş ağaclar (onların budaqları) svetoforun işıqlarının görünməsinə ciddi maneə törətmir və müvafiq yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü svetoforun işıqlarını hətta uzaq məsafədən belə sərbəst görmək iqtidarındadır. Beləliklə, X1 dəlilləri elə özü tərəfindən təqdim olunmuş fotoşəkillərlə təkzib edilir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında 17 avqust 2021-ci il tarixli qərar (EQ7482266) qanuni və əsaslıdır, onun ləğvi üçün isə heç bir əsas yoxdur. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 inzibati tənbeh vermə haqqında 17 avqust 2021-ci il tarixli qərarla (EQ7482266) bağlı şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında 17 avqust 2021-ci il tarixli qərar (EQ7482266) dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar