Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1081/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7, X1, Borclu Şəxs, X2 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Masallı rayonunun Xəlfələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Masallı rayonunun Xəlfələr kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi 20 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 05 yanvar 2021-ci ildə verilmiş 30 noyabr 2020-ci il tarixli 2(010)- 4672/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 7.360 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X4 ödənilməlidir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 3(010)- 1081/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan borclu Şəxs şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1081/2021 saylı, 20.08.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 1081/2021 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 20.09.2021-ci il tarixli qərarına əsasən barəsində qərar çıxarılmış şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin 3(010)-1081/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərarı barəsində qərar çıxarılmış şəxs Şəxs tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə 06.10.2021-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı təyin edilmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X9 göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 05 yanvar 2021-ci ildə verilmiş 30 noyabr 2020-ci il tarixli 2(010)-4672/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 7.360 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcra sənədi Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra 01 mart 2021-ci ildə qanunla müəyyən edilmiş qaydada icraata başlanaraq müvafiq qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş tərtib edilmiş və borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu Şəxs 22 aprel 2021-ci ildə Suraxanı rayon İcra şöbəsinə gəlmiş, hüquqları və vəzifələri, həmçinin icra sənədinin tələbləri izah edilmiş, lakin o, yazılı izahat verməkdən imtina etmişdir. Sonradan dəfələrlə dəvət olunduğuna baxmayaraq borclu İcra şöbəsinə gəlməmiş, həmçinin, sonuncunun faktik olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən Şəxs barəsində 07 iyul 2021-ci ildə axtarış elan edilmiş, yalnız bundan sonra İcra şöbəsinə gətirilməsi mümkün olmuşdur. Borclu yenə də də yazılı izahat verməkdən imtina etmişdir. İcra məmuru, həmçinin bildirmişdir ki, ki, borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin onda tələbin icrasına yönəldilə biləcək pul vəsaiti və ya başqa əmlak aşkar edilməmişdir. Ötən dövr ərzində Şəxs icra sənədi üzrə ümumilikdə 790 manat ödəniş edib. Onun bu gün üçün ödənilməmiş borcu isə 6.570 manat təşkil edir. İş apelyasiya instansiyasından Suraxanı rayon məhkəməsinə daxil olduqdan sonra 15 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında borclu Şəxs borclu olduğu puldan 5.000 manatını 30 oktyabr 2021-ci il tarixədək tələbkara ödəmək niyyətində olduğunu bildirmiş və bunun üçün məhkəmə iclasını 10 noyabr 2021-ci il tarixədək təxirə salınmasını xahiş etmiş, tələbkar da, borcdan bu məbləğin ödənildiyi təqdirdə, borcun qalan hissəsini tələb etməyəcəyini bildirmiş, məhkəmə borclunun bu vəsatətini təmin edərək, məhkəmə iclasını 12 noyabr 2021-ci il tarixədək təxirə salmış, lakin borclu hazırki vaxtadək borcundan heç bir ödəniş etməmişdir. Beləliklə, borclu icra məmurunun icra sənədinin icrası ilə bağlı tələbini heç bir üzrlü səbəb olmadan icra etmir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 05 yanvar 2021-ci ildə verilmiş 30 noyabr 2020-ci il tarixli 2(010)-4672/2020 nömrəli icra vərəqəsinə əsasən ondan 7.360 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X4 ödənilməsi qət edilmişdir. İş apelyasiya instansiyasından Suraxanı rayon məhkəməsinə daxil olduqdan sonra 15 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında o, borclu olduğu puldan 5.000 manatını 30 oktyabr 2021-ci il tarixədək tələbkara ödəmək niyyətində olduğunu bildirmiş və bunun üçün məhkəmə iclasını 10 noyabr 2021ci il tarixədək təxirə salınmasını xahiş etmiş, məhkəmə onun bu vəsatətini təmin edərək, məhkəmə iclasını 12 noyabr 2021-ci il tarixədək təxirə salmış, lakin o, göstərilən məbləği bankdan ala bilmədiyi səbəbindən, hazırki vaxtadək borcundan heç bir ödəniş etməmişdir. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Günəmuzd işlə məşğuldur. Borcunun ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Məhkəmədə izahat vermiş tələbkar X6 bildirmişdir ki, borclu icra sənədini tam icra etməsi üçün kifayət qədər maddi imkana malikdir. İcra dövründə borcluya güzəştə də getmiş, o cümlədən sonuncuya təklif etmişdir ki, əgər pulu bir dəfəyə ödəmək onun üçün çətindirsə, ödənişləri hissə-hissə etsin. Lakin Şəxs bunu da etmir. İş apelyasiya instansiyasından Suraxanı rayon məhkəməsinə daxil olduqdan sonra 15 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs borclu olduğu puldan 5.000 manatını 30 oktyabr 2021-ci il tarixədək ona ödəmək niyyətində olduğunu bildirmiş və bunun üçün məhkəmə iclasını 10 noyabr 2021-ci il tarixədək təxirə salınmasını xahiş etmiş, o, da borclunun bu təklifi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, borclu bu tarixədək göstərdiyi məbləği ona ödədiyi təqdirdə, o, borcun qalan hissəsini borcludan tələb etməyəcəkdir. Məhkəmə borclunun bu vəsatətini təmin edərək, məhkəmə iclasını 12 noyabr 2021-ci il tarixədək təxirə salmış, lakin borclu yenə də müxtəlif bəhanələr gətirərək, hazırki vaxtadək borcundan heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(010)-4672/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs 7.360 manat borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 3(010)-1081/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 20.09.2021-ci il tarixli qərarından görünür ki, Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin 3(010)-1081/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərarı barəsində qərar çıxarılmış şəxs Şəxs tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş Bakı Apelyasiya Məhkəməsindən Suraxanı rayon məhkəməsinə daxil olduqdan sonra 15 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs borclu olduğu puldan 5.000 manatını 30 oktyabr 2021-ci il tarixədək tələbkar X4 ödəmək niyyətində olduğunu bildirmiş və bunun üçün məhkəmə iclasını 10 noyabr 2021-ci il tarixədək təxirə salınmasını xahiş etmiş, tələbkar da borclunun bu təklifi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, borclu bu tarixədək göstərdiyi məbləği ona ödədiyi təqdirdə, o, borcun qalan hissəsini borcludan tələb etməyəcəkdir. Məhkəmə borclunun bu vəsatətini təmin edərək, məhkəmə iclasını 12 noyabr 2021-ci il tarixədək təxirə salmış, lakin borclu yenə də müxtəlif bəhanələr gətirərək, hazırki vaxtadək borcundan heç bir ödəniş etməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini, qadın olduğu məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1081/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1081/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver