Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1085/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 və müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X4, 09 aprel 1985-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1C63J4A, subay, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 91-ci küçə, 129C nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 08 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X1 qəbul etdiyi 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Z.Q.Abdullayev Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 60 manat məbləğində inzibati cərimə olunmuşdur. 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X4 və onun müdafiəçisi Vəkil şikayəti məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 və onun müdafiəçisi Vəkil şikayəti onunla əsaslandırılmışdır ki, 01 iyul 2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi ünvanında sürücü X10 idarə etdiyi “Mercedes Benz 220D” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qırmızı işığında yolayrıcına daxil olmuşdur. Həmin anda sürücü X8 idarə etdiyi “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun yaşıl işığında hərəkətdə olmuşdur. “Mercedes Benz 220D” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 “Yol-hərəkəti haqqından” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən icraat aparılmış və sürücü X8 təqsirli bilinərək barəsində 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar rəsmi qaydada 18 avqust 2021-ci il tarixində X6 verilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən qəbul edilən 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki, 01 iyul 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə inzibati araşdrıma aparılması haqqında qərar (qərardad) qəbul olunmadan 7-gün sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Qeyd olunan hadisə üzrə Azərbaycan Respublikası İXM-nin 82-1-ci maddəsinə əsasən müdafiəçinin təşəbbüsü ilə ekspertiza aparılmış və məhkəmə yol-nəqliyyat hadisələri üzrə eksperti X2 17 avqust 2021-ci il tarixli, 18 nömrəli rəyinə əsasən “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşan “Mercedes Benz 220D” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına svetoforun qırmızı işığında daxil olmuşdur. Həmin anda “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun yaşıl işığında hərəkətdə olmuş və bu zaman “Mercedes Benz 220D” markalı avtomobilin arxasınca eyni və əks istiqamətində hərəkətdə olan avtomobillər svetoforun qırmızı işığında dayanmış vəziyyətdə olmuşlar. Bu da onu izah edir ki, yoxlama zamanı müəyyən edilməklə ekspertizanın təyini haqqında müraciətdə göstərilən hadisə mexanizmi, videogörüntülərdə əks olunmuş hadisə mexanizminə uyğundur. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən məlumatlara görə “Mercedes Benz 220D” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqından” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən məlumatlara görə “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Göründüyü kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, o cümlədən sürücü X4 əməlində inzibati xəta tərkibi olmamışdır. Buna görə də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 və onun müdafiəçisi Vəkil, şikayətlərinin məzmuna uyğun izahat verərək, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və onun müdafiəçisini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 avqust 2021-ci il tarixli, 18 saylı rəyindən görünür ki, təqdim olunmuş videogörüntülərə əsasən “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşan “Mercedes Benz 220D” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına svetoforun qırmızı işığında daxil olmuşdur. Həmin anda “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun yaşıl işığında hərəkətdə olmuş və bu zaman “Mercedes Benz 220D” markalı avtomobilin arxasınca eyni və əks istiqamətində hərəkətdə olan avtomobillər svetoforun qırmızı işığında dayanmış vəziyyətdə olmuşlar. Bu da onu izah edir ki, yoxlama zamanı müəyyən edilməklə ekspertizanın təyini haqqında müraciətdə göstərilən hadisə mexanizmi, videogörüntübrdə əks olunmuş hadisə mexanizminə uyğundur. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən məlumatlara görə “Mercedes Benz 220D” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddasmin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadi-sənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən məlumatlara görə “İsuzu” markalı, **- JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısını almağa texniki imkanı olmamış və və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisəsinin baş verdiyi anı əks etdirən Təhlükəsiz şəhər Xidmətinin kameralarının video görüntülərindən görünür ki, “İsuzu” markalı yük avtomobili ilə toqquşan “Mercedes Benz 220D” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına svetoforun qırmızı işığında daxil olmuşdur. Həmin anda “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun yaşıl işığında hərəkətdə olmuş və bu zaman “Mercedes Benz 220D” markalı avtomobilin arxasınca eyni və əks istiqamətində hərəkətdə olan avtomobillər svetoforun qırmızı işığında dayanmış vəziyyətədə olmuşlar. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 isə Z.Q.Abdullayevin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli və işin hallarına əsaslanan müvafiq əsaslandırılmış qərar qəbul etməli olduğu halda, iş üzrə hər hansı bir sübut əldə etmədən 08 iyul 2021-ci il tarixdə Z.Q.Abdullayevin barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etməklə inzibati xata haqqında iş üzrə icraata başlamış və həmin protokol əsasında qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarla Z.Q.Abdullayevi qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Bundan başqa, şikayətə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi 01 iyul 2021-ci il tarixdə baş versə də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən X4 barəsində inzibati xəta haqqında protokol 08 iyul 2021-ci il tarixdə, yəni inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 07 gün sonra tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs isə məhkəməyə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti ilə əlaqədar inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilməklə iş üzrə inzibati araşdırma aparılmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Z.Q.Abdullayevnin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla başlanılmış, habelə inzibati xəta haqqında iş üzrə 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X16 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X3 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X16 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1085/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1085/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver