Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1089/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç bir yerdə işləməyən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, Yataqxana 2, 10 nömrəli evin 66 nömrəli mənzilində qeydiyyatda olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” massivində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 24 iyul 2021-ci il tarixdə X6 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən 30 manat dəyərində ərzaq məhsullarını və həmin evin qonaq otağındakı stolun üzərindən 60 manat dəyərində “**********10156”, “**********10154” İMEİ kodlu “Samsung” markalı mobil telefonu gizli yolla talayıb, zərərçəkmiş şəxs H.H.Əliyevə ümumilikdə 90 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Şəxs, təkrarən 03 avqust 2021-ci il tarixdə X2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin çöl arxa divarına bərkidilmiş halda olan 200 manat dəyərində su qızdırıcısını və 200 manat dəyərində kombi aparatının elektrik tənzimləyicisini gizli yolla talayıb, zərərçəkmiş şəxs X3 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, işsiz olduğundan, pula ehtiyacı olduğuna görə bir neçə yerdən oğurluq etmişdir. Belə ki, təxminən iyul ayının axırlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Bağlar” deyilən ərazidə yerləşən həyət evindən “Samsung” markalı mobil telefon və ərzaq məhsulları götürmüşdür. Ərzaq məhsullarını özü istifadə etmiş, mobil telefonu isə Hövsan qəsəbəsində yerləşən parkda 20 manata satmışdır. Bundan başqa, təxminən avqust ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində həyət evlərinin birindən bir ədəd su qızdırıcısını və kombi aparatının elektrik tənzimləyicisini oğurlamışdır. Həmin əşyaları isə Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Rus” bazarı deyilən yerdə tanımadığı şxslər satmışdır. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X4 məhkəmədə göstərdi ki, X10 24 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək göstərmişdir ki, həmin günü saat 21 radələrində yaşadığı evə gəldikdə ön pəncərənin açıq olduğunu görmüş, evə daxil olub baxdıqda soyuducuda olan təxminən 30 manat dəyərində ərzaq məhsullarının və qonaq otağında stolun üzərində olan 60 manat dəyərində “**********10156”, “**********10154” İMEİ kodlu Samsung markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan başqa X5 03 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək göstərmişdir ki, ona məxsus nömrəsiz fərdi yaşayış evinin çöl arxa divarına bərkidilmiş 200 manat dəyərində su qızdırıcısı və 200 manat dəyərində kombi aparatının elektrik tənzimləyicisi gizli oğurlanmış və nəticədə ona 400 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində qeyd edilən əməllərin Şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, lakin Şəxs əməlində cinayət tərkibi olmadığından hər iki şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarların sürəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı Şahin Mikayılovun qəbul etdiyi 31 iyul 2021-ci il tarixli və 09 avqust 2021-ci il tarixli qərarlardan görünür ki, müvafiq olaraq X6 və X2 şikayətləri ilə əlaqədar toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarların surəti inzibati tədbir görülməsi üçün müvafiq əməkdaşa həvalə edilmişdir. İş materiallarında olan Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində verdiyi yazılı izahatından görünür ki, T.F.Şıxəliyev 24 iyul 2021-ci il tarixdə X8 məxsus nömrəsiz fərdi yaşayış evindən ərzaq məhsullarını, həmin evin qonaq otağındakı stolun üzərindən “Samsung” markalı mobil telefonu, bundan başqa 03 avqust 2021-ci il tarixdə X3 məxsus nömrəsiz fərdi yaşayış evinin çöl arxa divarına bərkidilmiş halda olan su qızdırıcısını və kombi aparatının elektrik tənzimləyicisini oğurladığını etiraf etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, T.F.Şıxəliyevin şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə T.F.Şıxəliyevin törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə T.F.Şıxəliyevin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 24 avqust 2021-ci il tarixli, AZA seriyalı, 009022 nömrəli inzibati qaydada tutuma protokolundan görünür ki, T.F.Şıxəliyev həmin tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə işin hallarını və T.F.Şıxəliyevin şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, T.F.Şıxəliyevə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və inzibati qaydada tutulmuş T.F.Şıxəliyevə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edildiyinə görə inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1089/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1089/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver