Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1091/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, 16 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, 71 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydi üzrə 3.060 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydinə əsasən ondan X2 xeyrinə 4.010 manat məbləğində pul vəsaiti tutulmalıdır. O, icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, sadəcə olaraq maddi imkanı aşağı olduğundan borcunu birdəfəlik ödəyə bilməmişdir. Hal-hazıradək o, hissə-hissə olmaqla tələbkara 950 manat, hazırda isə 300 manat ödəmişdir. Qalan 2.760 manat məbləğində borcu isə bir il ərzində hissə-hissə olmaqla ödəyəcəyinə dair tələbkarla öz aralarında razılığa gəldiklərinə görə sonuncu iş üzrə icraata xitam verilməsini xahiş edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində 4.010 manat borc məbləğindən yalnız 950 manat ödəniş etdirmək mümkün olmuş, qalan 3.060 manat məbləğində borc isə borclu tərəfindən ödənilməmişdir. Sonradan isə borclu ümumiyyətlə çağırış üzrə gəlməkdən yayındığına görə barəsində axtarış elan edilmişdir. 26 avqust 2021-ci il tarixdə borclunun iştirakı təmin edildikdən sonra ona bir daha borcunu ödəmək təklif olunmuş, lakin soununcu maddi imkanının olmadığını bildirərək icra sənədini icra etməkdən imtina etmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 300 manat ödəniş etmiş və buna görə də sonuncu ilə sonrakı ödənişlər barədə öz aralarında razılığa gəlmişdir. İcra sənədi üzrə tələbkar X5 məhkəmədə göstərdi ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydinə əsasən Şəxs 4.010 manat pul vəsaiti onun xeyrinə tutulmalıdır. Borclu 4.010 manat ümumi borcundan bugünədək hissə-hissə olmaqla 950 manat ödəniş etsə də, lakin artıq bir ildir icra sənədi üzrə ödəniş etmir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. Hal-hazırda borclu ona 300 manat ödəniş etmiş, qalan məbləğin isə bir il ərzində hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. Sonda S.Ə.Əliyeva iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydindən görünür ki, Şəxs cəmi 4.010 manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 21 aqvust 2018-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Tələbin könüllü icrası haqqında bildirişin surəti Şəxs 31 avqust 2018-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar X4 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydi üzrə hal-hazıradək 950 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə tələbkar X5 14 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində borclu Şəxs 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydi üzrə 300 manat məbləğində vəsaiti qəbul etmiş, qalan 2.760 manat borcun isə bir il ərzində ödənilməsinə etiraz etmir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli iltizamdan görünür ki, borclu Şəxs 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydi üzrə 2.760 manat məbləğində borcunu tələbkar tələbkar X4 bir il ərzində ödəyəcəyinə vəd vermişdir. Beləliklə işdə olan sübutlardan, o cümlədən tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydinə əsasən Şəxs 4.010 manat məbləğində pul tutularaq X4 ödənilməlidir. Lakin Şəxs icra sənədi üzrə 950 manat ödəniş etmiş və nəticə də onun 3.060 manat ödənilməmiş borcu qalmışdır. Buna görə də icra sənədinin icrsını həyata keçirn icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmə iclasında baxıldığı zaman Şəxs icra sənədi üzrə tələbkara 300 manat ödəmiş, qalan 2.760 manat məbləğində borcunu isə bir il ərzində ödəyəcəyinə dair iltizam verdiyindən tərəflər öz aralarında razılığa gəlmişlər. Buna görə də tələbkar X5 məhkəmə iclasında borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, borclu Şəxs tələbkar X4 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydi üzrə ümumilikdə 1.250 manat ödədiyini, qalıq 2.760 manat borcun isə bir il ərzində ödəniləcəyinə dair tərəflərin öz aralarında razılığa gəldiklərini, icra sənədi üzrə tələbkar X2 borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda onun əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli icra qeydini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1091/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1091/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver