Məhkəmə qərarları › İş №3(010)-1092/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1092/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1092/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, tərcüməçi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, zərərçəkmiş şəxs X3, onun qanuni nümayəndəsi X4 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X10 iştirakı ilə, Şəxs, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 May küçəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 13 iyul 2021-ci il tarixdə, saat 18 radələrində, iki gün əvvəl, yəni 11 iyul 2021ci il tarixdə badminton topunun yaşadığı evin həyətinə düşməsini əsas gətirərək, əlində olan çubuqla qonşusu X2 və onun 19 sentyabr 2014-cü il təvəllüdlü olmaqla azyaşlı nəvəsi X3 bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, A.D.Kolesnikovaya sol yanaq nahiyəsinin şişkinli-sıyrığı ilə, azyaşlı N.V.Kolesnikova isə sağ almacıq nahiyəsinin və sağ bazu oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də 26 avqust 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində olan 13 nömrəli 5 mərtəbəli yaşayış evinin qarşısındakı nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. 11 iyul 2021-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evin həyətində yemək yediyi zaman yemək qabına həyətdən badminton topu düşmüşdür. Həyətə çıxdıqda badminton oynayan uşaqlar artıq oradan qaçıb uzaqlaşmışlar. Bundan 02 gün sonra, yəni 13 iyul 2021-ci il tarixdə həyətdə olduğu zaman badminton oynayan uşağı nənəsi ilə birlikdə görmuş, yaxınlaşıb rus qadınla mübahisə etmişdir. Lakin həmin vaxt o, nə qadını, nədəki onun azyaşlı nəvəsini çubuqla vurmamışdır. Sonda Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X9 bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 13 nömrəli evin 9 nömrəli mənzilində qızı İnna və nəvəsi Nikita ilə birlikdə yaşayır. 11 iyul 2021-ci il tarixdə axşam saatlarında nəvəsi Nikita yaşadıqları evin qarşısında badminton oynayan zaman, badmintonun topu qarşıda olan evin həyətinə düşmüşdür. Həmin evin sakini, adını sonradan bildiyi Mehriban səs-küy saldığından nəvəsi qaçıb oradan uzaqlaşmışdır. 13 iyul 2021-ci il tarixdə, təxminən saat 18 radələrində nəvəsi Nikita ilə birlikdə yaşadıqları evin həyətində olduqları zaman Mehriban onların üstünə hücum çəkərək, əlində olan çubuqla onun və nəvəsinin üz, bədən, əl-qol nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Sonda A.D.Kolesnikova barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmədə zərərçəkmiş şəxs A.D.Kolesnikovanın izahatı ilə eyni məzmunlu izahat verdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X11 bildirdi ki, X9 13 iyul 2021-ci il tarixdə əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə, daha sonra ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək, həmin tarixdə qonşuluqda yaşayan qadının onu və 19 sentyabr 2014-cü il təvəllüdlü olmaqla azyaşlı nəvəsi Nikitanı döydüyünü bildirmişdir. X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxs A.D.Kolesnikovanı, zərərçəkmiş şəxs N.V.Kolesnikovu, onun qanuni nümayəndəsini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X8 28 iyul 2021-ci il tarixli qərarından görünür ki, canlı şəxsin ekspertizasının 17 iyul 2021-ci il tarixli, 741 saylı rəyinə əsasən X2 bədən səthində aşkar edilmiş xəsarət - sol yanaq nahiyəsinin şişkinli-sıyrığı bərk küt əşya təsirindən törənmiş, 13 iyul 2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X8 28 iyul 2021-ci il tarixli qərarından görünür ki, canlı şəxsin ekspertizasının 17 iyul 2021-ci il tarixli, 740 saylı rəyinə əsasən X3 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ almacıq nahiyəsinin və sağ bazu oynağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 13 iyul 2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X8 28 iyul 2021-ci il tarixli qərarından həmçinin görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış HK-1/1358 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xətanı 19 sentyabr 2014-cü il təvəllüdlü olmaqla azyaşlı X1rşı törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar