Məhkəmə qərarları › İş №3(010)-1093/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1093/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1093/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, tərcüməçi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1984-cü ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının, Mahaçkala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 23K8G8J, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, 12 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)- 1624/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs iştirakı ilə X3 28 sentyabr 2020-ci il təvəllüdlü oğlu X6 ilə həftənin bazar günləri saat 10:00-dan 12:00-dək ünsiyyət hüququ verilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, X4 psixi xəstəlikdən əziyyət çəkir və bu səbəbdən də onun uşağı ilə ünsiyyətdə olması sonuncu üçün təhlükəlidir. Buna görə də o, X3, azyaşlı uşağı X6 ilə ünsiyyətdə olmasına şərait yaratmır. X3 psixiatrik ekspertiza təyin edildikdən və sonuncunun sağlam olması barədə müvafiq rəy verildikdən sonra onun uşağı ilə ünsiyyətdə olmasına razılıq verəcəkdir. Sonda Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs yaşadığı ünvana göndərilmiş və Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuşdur. Eyni zamanda Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin Şəxs qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə Şəxs yaşadığı ünvanda olmuş, lakin sonuncu hər dəfə qapını açmayacağını və uşağı atasıa göstərməyəcəyini bildirməklə qəsdən icra sənədinin icrasından yayınmışdır. 04 iyul 2021ci il tarixdə Şəxs rəsmi qaydada xəbərdarlıq edilərək, icra sənədinin icrası üçün ona əlavə 05 gün vaxt verilməsinə baxmayaraq icra sənədinin icrası yenə də təmin edilməmişdir. Göründüyü kimi Şəxs bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini qəsdən icra etmir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X4 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)-1624/2021 nömrəli qətnaməsinə əsasən Şəxs iştirakı ilə ona 28 sentyabr 2020-ci il təvəllüdlü oğlu X6 ilə həftənin bazar günləri saat 10:00-dan 12:00-dək ünsiyyət hüququ verilmişdir. Buna baxmayaraq Şəxs müxtəlif əsassız səbəblər gətirərək qərəzli olaraq icra sənədinin icrasından yayınır. Təxminən 8 aydır Şəxs uşağını ona göstərmir. Bir valideyin kimi o, uşağını görmək istəyir. Sonda S.N.Qərəhməzli, Şəxs barəsində inzibati tənbeh tətbiq etmə məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)-1624/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs iştirakı ilə X3 28 sentyabr 2020-ci il təvəllüdlü oğlu X6 ilə həftənin bazar günləri saat 10:00-dan 12:00-dək ünsiyyət hüququ verilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)-1624/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan tələbin könüllü icrası haqqında 18 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)-1624/2021 nömrəli icra sənədində göstərilən tələbin könüllü olaraq dərhal icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 21 fevral 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 icra sənədinin icrası ilə əlaqədar olaraq Şəxs yaşadığı ünvana getmiş, lakin qapını açan olmamışdır. Söhbət zamanı Şəxs qapını açmayacağını və uşağı atasına göstərməyəcəyini bildirmişdir. İş materiallarında olan 23 may 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 icra sənədinin icrası ilə əlaqədar olaraq Şəxs yaşadığı ünvana getmiş, Şəxs evdə olsa da, qapını açmamış, buna görə də atanın uşağı ilə ünsiyyəti baş tutmamışdır. Şəxs bir daha xəbərdar olunmuş, lakin o, uşağı göstərməyəcəyini bildirmişdir. Şəxs icra sənədinin icrasını təmin etmədiyinə görə inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 04 iyul 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs sonuncu dəfə icra sənədinin icrasını təmin etmək məqsədilə 05 gün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Buna görə də məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar