Məhkəmə qərarları › İş №3(010)-1095/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1095/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1095/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyabova (Bədirova) Samirə Elman qızının, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 və icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Siyabova (Bədirova) Samirə Elman qızının, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, himayəsində biri yetkinlik yaşına çatmayan, biri isə azyaşlı olmaqla iki uşağı olan, Bakı şəhəri, Surxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 99A nömrəli evdə qeydiyyatda olan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Siyabova (Bədirova) Samirə Elman qızının Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(010)-144/2021 nömrəli qətnaməsinə dair icra səndini üzrsüz səbəbdən icra etməməsinə görə Siyabova (Bədirova) Samirə Elman qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Siyabova (Bədirova) Samirə Elman qızı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol 27 avqust 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə Siyabova (Bədirova) Samirə Elman qızının məhkəməyə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Eyni zamanda Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə Siyabova (Bədirova) Samirə Elman qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə inzibati xəta haqqında işi üzrə icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığına görə Siyabova (Bədirova) Samirə Elman qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Siyabova (Bədirova) Samirə Elman qızı inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(010)-144/2021 nömrəli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs 23 dekabr 2011-ci il təvəllüdlü X4 və 16 mart 2015-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günləri saat 12:00-dan 18:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. Belə ki, o, uşaqların Zərərçəkmiş şəxs ilə görüşmələrinə qəti sürətdə etiraz edir. Uşaqların özlərinin ataları ilə görüşmək istəkləri yoxdur. Sonda Siyabova (Bədirova) Samirə Elman qızı məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(010)-144/2021 nömrəli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs 23 dekabr 2011-ci il təvəllüdlü X4 və 16 mart 2015-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günləri saat 12:00dan 18:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. Belə ki, Şəxs uşaqların Zərərçəkmiş şəxs ilə görüşmələrinə qəti sürətdə etiraz edir. Uşaqların özlərinin ataları ilə görüşmək istəklərinin olmadığını bildirir. Sonda müdafiəçi X2, Siyabova (Bədirova) Samirə Elman qızı barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(010)- 144/2021 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(010)-144/2021 nömrəli qətnaməsinə əsasən onun 23 dekabr 2011-ci il təvəllüdlü X4 və 16 mart 2015-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günləri saat 12:00-dan 18:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. Şəxs ona övladları ilə ünsiyyətdə olmağına, görüşməyinə üç ildir ki, şərait yaratmır. Dəfələrlə uşaqları görmək üçün Şəxs mənzilinə getmiş, lakin sonuncu onu nalayiq ifadələr ilə təhqir edərək övladları ilə görüşməyinə icazə verməmişdir. Həmçinin Şəxs uşaqları döydüyünün şahidi olmuş və uşaqlar analarının qadağalarına əsasən onunla görüşmək istəmir. Şəxs şikayətçidir. Sonda Zərərçəkmiş şəxs, borclu Siyabova (Bədirova) Samirə Elman qızının barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Siyabova (Bədirova) Samirə Elman qızının inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(010)-144/2021 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs 23 dekabr 2011-ci il təvəllüdlü X4 və 16 mart 2015-ci il təvəllüdlü X3 ilə hərftədə bir dəfə, bazar günü saat 12:00-dan 18:00-dək ünsiyyətdə hüququ (görüş) verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 16 mart 2021-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(010)-144/2021 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Siyabova (Bədirova) Samirə Elman qızına icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Siyabova (Bədirova) Samirə Elman qızının şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Siyabova (Bədirova) Samirə Elman qızı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Siyabova (Bədirova) Samirə Elman qızına cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Siyabova (Bədirova) Samirə Elman qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar