Məhkəmə qərarları › İş №3(010)-1098/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1098/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1098/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 05 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 05 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat miqdarında cərimə edilmişdir. Göstərilən qərar EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X3 həmin qərardan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Yuxarıda qeyd olunduğu kimi, EPQ seriyalı ******* nömrəli qərar 05 avqust 2020-ci ildə verilib. Şikayət isə məhkəməyə 30 avqust 2021-ci ildə, yəni qərarın qəbul olunduğu vaxtdan 25 gün sonra daxil olubd (müvafiq poçt zərfinin üzərindəki poçt ştampından görünür ki, şikayət poçta 27 avqust 2021-ci ildə, yəni qərarın qəbul edildiyi gündən 22 gün sonra təqdim edilib). Şikayətdə qərarın surətinin X3 tərəfindən 17 avqust 2021-ci ildə əldə olunduğu göstərildiyinə baxmayaraq, bu hal heç bir sübutla təsdiq olunmur. Eyni zamanda həm inzibati xəta haqqında protokolun, həm də inzibati tənbeh vermə haqqında qarın eyni tarixdə, yəni 05 avqust 2021-ci ildə tərtib edildiklərini və işin faktik hallarını nəzərə alaraq, məhkəmə qərarın surətinin X2 məhz 17 avqust 2021-ci ildə təqdim olunduğunu inandırıcı saymır. Beləliklə, təqdim olunmuş sənədlərlə X1 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 05 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar