Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-11/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 18 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 07 radələrində, “Ford Transit” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642074 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.676 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(010)- 1011/2020 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin rəisi Rəşid Piriyevin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(103)-2100/2020 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(010)- 1011/2020 nömrəli qərarı ləğv edilərək, iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştiraklı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməyinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 01339 nömrəli test göstəricisindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 07:05-də, “Ford Transit” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642074 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.676 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə spirtli içki qəbul etdiyini, həkim müayinəsinə ehtiyac olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-cu il tarixli, 2/6240 saylı “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktında görünür ki, Şəxs həmin tarixdə, saat 11:30-da tibbi müayinə olunarkən ayıq olduğu, yəni onda alkoqol qəbulu əlamətlərinin olmadığı müəyyən edilmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 07:05-də “Ford Transit” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şössesində hərəkətdə olarkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, 642074 nömrəli alkotesterdən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.676 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə spirtli içki – pivə qəbul etdiyini, əməlindən peşman olduğunu, həkim müayinəsinə ehtiyacı olmadığını və bir daha spirtli içki qəbul etməyəcəyini qeyd etmişdir. Bundan sonra Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə həmin tarixdə, saat 11:30-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və onun ayıq, yəni onda alkoqol qəbulu əlamətlərinin olmadığı barədə xx xxxxxx 2020-ci il tarixli, 2/6240 saylı tibbi müayinə protokolu tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 07:05-də yol patrul xidməti inspektoru tərəfindən saxlanıldıqdan və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün ACE-Z markalı, 642074 nömrəli xüsusi texniki vasitədən istifadə edildikdən sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda öz imzası ilə spirtli içki – pivə qəbul etdiyini, əməlindən peşman olduğunu, həkim müayinəsinə ehtiyacı olmadığını və bir daha spirtli içki qəbul etməyəcəyini qeyd etdiyi halda, bundan 04 saat 25 dəqiqə sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət edib xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30-da ayıq olması barədə eyni tarixli, 2/6240 saylı tibbi müayinə protokolu alması, Şəxs nəqliyyat vasitəsini idarə etdiyi an, yəni tibbi müayinə olunduqdan 04 saat 25 dəqiqə əvvəl alkoqol sərxoşluğu vəziyyətində olmamasına dair sübut hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə yuxarıda qeyd olunan və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 142786 nömrəli sürcülük vəsiqəsinin Şəxs qaytarılması nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-11/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-11/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver