Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-11/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X4 iştirakı ilə, X4, 24 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2ZTC1RK, evli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi, 92 nömrəli evdə qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : . Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X9 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1.500 manat məbləğində inzibati cərimə olunmuşdur. X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 şikayət ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən onun barəsində 19 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar barədə məlumatı olmamışdır. Belə ki, icra məmuru tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə dəvət edildikdən sonra ona cərimə olunması barədə məlimat verilmişdir. O, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən həmin qərarın surətinin ona göndərilmədiyini görüb, həmin qərardan şikayət vermək üçün 07 dekabr 2021-ci il tarixdə qərarın surətini icra məmurundan almışdır. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə razı deyil. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, qeyd edilən qərara əsasən o, "xxxx" MMC-də işləyən X5 və X1 əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, 30 noyabr 2020-ci il tarixədək uVeb Koder” MMC-də direktor vəzifəsində işləmiş, X11 və X3 2020-ci ilin iyun və avqust aylarında öz ərizələri ilə işdən çıxmışdır. X11 və X3 işdən çıxan zaman şirkət iqtisadi böhran içində olduğu üçün, o, sonunculara şirkətin onlara son haqqhesabı ödəmək iqtidarında olmamasını, ödənilməli olan əmək haqqının Şirkət tərəfindən onlara hissə-hissə ödəniləcəyini bildirmişdir. X11 və X3 onun təklifinə razılıq veriblər.Sonradan isə 30 noyabr 2020-ci il tarixdə o, həmin Şirkətdən öz ərizəsi ilə çıxmış, hətta həmin Şirkət təfindən ona ödənilməli olan 6000 manata yaxın əmək haqqı ödənilmədən qalmışdır. O, işdən çıxdıqdan sonra onun Şirkətin həmin işçilərə olan borcunun ödənilib-ödənilməməsi barədə məlumatı olmamış, həmin işçilərin Şirkətdən şikayət etmələrini bilməmişdir. Göründüyü kimi Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin onun tərəfindən imzalanmasını, müəssisənin möhürü ilə təsdiqlənməli olmasını, həmin əmrin surətinin, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini nəzərdə tutur.Həmin işçilər öz arzuları ilə işdən azad edilən zaman mənim tərəfimdən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsini tələblərinə riayət edilmiş, sadəcə olaraq, Şirkətin həmin şəxslərin son haqq-hesabını ödəmək qabiliyyəti olmamasına görə, həmin şəxslərin son haqq-hesabı ödənilməmiş, onlarla həmin hesabın hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir.Yəni son haqq hesabın ödənilməməsi vəzifəli şəxs olaraq onun təqsiri olmamış, bunun üzürlü səbbələri olmuş, həmin zaman "xxxx" MMC-nin hesabında əmək haqqının ödənilməsi üçün zəruri vəsait olmamışdır. Belə olduqda isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən bu hal nəzərə alınmalı, həmin işçilərin işdən çıxarıldığı gün "xxxx" MMC-nin hesabında əmək haqqının ödənilməsi üçün zəruri vəsaitin olub-olmaması məsələsi araşdırılmalı, onun əməlində qəsdin olub-olması, yəni X5 və X1 əmək müqaviləsinə xitam verən zaman onlara son haqq-hesabın ödənilməməsinin səbəbləri müəyyən edilməli idi. Göründüyü kimi, məhz "xxxx" MMC-nin hesabında əmək haqqının ödənilməsi üçün zəruri vəsait olmadığına görə X5 və X1 əmək müqaviləsinə xitam verən zaman sonunculara son haqqhesabın ödənilməsi mümkün olmamışdır. Həmin şəxslər isə bu halla razılaşmışdır. O, işdən çıxdıqdan sonra isə sonrakı rəhbərlik tərəfindən X5 və X1 əmək haqqını hissə-hissə ödəməli olduğu halda bunu etməmiş, sonuncularda haqlı olaraq öz əmək haqlarını almaq üçün "xxxx" MMC-dən şikayət etmişlər. Beləliklə də işin hallarından da görünür ki, onun əməlində vəzifəli şəxs kimi heç bir inzibati xətanın tərkibi yoxdur və buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1500 manat inzibati cərimə edilməyi əsassızdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 19 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı qəbul edərkən ona əsaslanmışdır ki, işəgötürən uVeb Koder” MMC tərəfindən işçilər X5 və X1 əmək müqavilələrinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Nəticədə X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununlada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İXMin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1.500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uVeb Koder” MMC-də direktor vəzifəsində işləmiş X9 tərəfindən X7 və X2 işdən çıxarıldıqları gün son haqq hesab ödənilməmişdir. Belə ki, uVeb Koder” MMC-də direktor vəzifəsində işləmiş X9 şikayət ərizəsində və məhkəmə prosesi zamanı X7 və X2 işdən çıxarıldıqları gün son haqq hesab ödənilməməsini etiraf edərək, sonuncuların öz razılıqları ilə son haqq hesablarını almayaraq işdə çıxmalarını bildirsə də, X5 və X1 işdən çıxarıldığı gün son haqq hesabın ödənilməməsi ilə bağlı razılıqlarının olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmiş, əksinə X7 və X2 işdən çıxarıldıqları gün son haqq hesab ödənilməməsini etiraf etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istər barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan zaman, istər barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə baxılan zaman, istərsə də, hazırda məhkəmədə şikayətinə baxılan zaman X9 tərəfindən X7 və X2 işdən çıxarıldıqları gün son haqq hesab ödənilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa X4 hazırda uVeb Koder” MMC-də hazırda işləməməsi və uVeb Koder” MMC-nin balansında pul vəsaitinin olmaması, bu səbəbdən işçilərə son haqq hesabın verilməsinin həmin gün həyata keçirilə bilməməsinə və belə olan halda müəssisə rəhbərinin əməlində təqsirin olmamasına istinad etməsində münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan həmin dəlil özlüyündə belə müvafiq inzibati xətanın törədilməsinə və işçiyə işdən çıxdığı gün son haqq-hesabın ödənilməməsinə əsas ola bilməz. Belə ki, əmək müqaviləsinə xitam verən müəssisə rəhbəri mövcud əmək qanunvericiliyinin tələblərindən, eləcə də müəssisənin hesabında olan pul vəsaitinin məbləğindən xəbərdar olmalı və həmin işçilərlə son haqq-hesabla bağlı əməliyyatların aparıla bilinib-bilinməməsini əvvəlcədən müəyyən etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri X9 tərəfindən kobudcasına pozulmuşdur. Məhkəmə qeyd edir ki, X7 və X2 işdən çıxarıldıqları gün son haqq hesab ödənilməməsinə əsasən X4 etirafı, sonuncunun Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xətanı törətməsi təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X4 şikayəti rədd edilməli, 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-11/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-11/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver