Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-110/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 33 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08:25-də Şəxs “Ford Fiesta” minik markalı 99DE346 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətalarını törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixində səhər işə gedən zaman Qaraçuxur qəsəbəsində yerləşən Qartal abidəsindən aşağıda həyət evləri tərəfindən əsas yola çıxarkən sıxlıq olduğunu görmüş və avtomobili saxlamışdır. Bu zaman həmin yolda hərəkətdə olan dövlət yol polisinə aid avtomobil dayanmış və bir polis əməkdaşı onun avtomobilinə yaxınlaşmışdır. Polis əməkdaşı ona tərəf balaca alkotester uzadaraq “bura üfür get” demişdir. Cavabında xəstəlik vaxtı bu nədir demiş, polis əməkdaşı isə «xəstəlik boş şeydi üfür» demişdir. Həmin aparata nəfəs vermişdir. Bundan sonra polis əməkdaşı ondan içkili olduğunu soruşmuş, o, da bildirmişdir ki, işə içib gedirlər? Həmçinin polis əməkdaşına heç nə içmədiyini bildirərək, əgər alkotester içkili göstərirsə ona göstərməsini tələb etmişdir. Lakin polis əməkdaşı alkotesteri ona göstərməmişdir. Bundan sonra polis əməkdaşı avtomobilinə yaxınlaşmasını tələb edərək digər aparatla test edəcəyini söyləmişdir. O, da işə gecikdiyini, içki içmədiyini bir daha bildirmişdir. Onların avtomobilində digər polis əməkdaşı vardı və o, bir başqa alkotester çıxaraq ora nəfəs verməyini bildirmişdir. Qeyd edir ki, heç bir sanitariya-gigiyena qaydalarına riayət edilmədən ona aparata nəfəs verməyini istədilər. Yenə xəstəlik olduğunu bildirsə də “boş ver” dedilər. Alkotesterə nəfəs verərkən polis əməkdaşı ən azı 10 dəfə dayanmadan aparatın düyməsini sıxmış, 0,4 promilli olan kimi saxlamış və sərxoşluğun müəyyən olunduğunu bildirmişdir. O, bu alkotesterin cavabı ilə razılaşmadığını bildirmiş və tibb müayinəyə getmək istədiyini demişdir. Həmin vaxt bir polis əməkdaşı digərinə “protokol yazma yola verərik” demişdir. Digər polis əməkdaşı ona peşmançılıq izahatı yazsa ona protokol yazmadığı, narahat olmamağını söhbət eləyib yola verməsini demişdir. O, da işə gecikdiyi üçün polis əməkdaşları ilə razılaşmış, lakin onlardan şikayət edəcəyini bildirmişdir. Zaur adlı polis nəfəri nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə protokol tərtib etmədən onun avtomobilini cərimə meydançasına aparmış, heç bir sənədləşmə olmadan avtomobili orda saxlamış və ona Badamdar qəsəbəsində yerləşən polis idarəsinin 20-ci otağına gəlməsini demişdir. Ondan heç bir sənəd almadılar. O, xx xxxxx 2020-ci il tarixində 20-ci otağa getmişdir. Həmin zaman otağın qarşısı vətəndaşlarla dolu idi. Hər kəs söhbət edirdi ki, 620-650 manat pul istəyirlər. Elə bil açıq bazardır. O, otağa yaxınlaşmış. Orda ona bildirdilər ki, burda cərimə 650 manatdır. O, dedi ki, o, içkili deyildi, ilk dəfə belə hadisə başına gəlir və s. Lakin heç kəs ona qulaq asmadı, dedilər burda belədir. Dedi ki, əgər sərxoşdursa ilk dəfədə bu cərimə İnzibati Xətalar Məcəlləsində 400 manatdır və bunu məhkəmə yazır. Aradan bir həftə keçib, onlar heç protokolda yazmayıblar. Dedilər ki, 650 manat ödəsə onun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmayacaq və cərimə balı yazılmayacaq. O, da bildirdi ki, o, sərxoş deyildi, onun işini məhkəməyə göndərsinlər və otaqdan çıxmışdır. Həmin gündən iki gün sonra xx xxxxxx 2020-ci il tarixində onun barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib edilməsi haqqında onun poçt ünvanına bildiriş daxil olmuşdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci ildə saat 08.20 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş alkotester çıxarışı ilə təsdiq olunur. Bununla yanaşı, “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda Şəxs özü tərəfindən edilmiş aşağıdakı məzmunlu qeyd var: «Söz verirəm ki, bir daha spirtli içki qəbul edib avtomobili idarə etməyəcəm. Alkotesterin miqdarı 0,418% ilə razıyam, əlavə müayinəyə ehtiyac yoxdur. Xahiş edirəm mənə köməklik göstərəsiniz». Beləliklə, Şəxs xx xxxxxx 2020-ci ildə “Ford Fiesta” minik markalı 99DE346 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olduğu işin məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-110/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-110/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver