Məhkəmə qərarları › İş №3(010)-1102/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1102/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1102/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Borclu Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal gəlirlər baş İdarəsinin **********816200 saylı, 07.05.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs cəmi 45.898 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərov göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal gəlirlər baş İdarəsinin **********816200 saylı, 07.05.2021-ci il tarixli qərara əsasən borclu Şəxs cəmi 45.898 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir.Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun 45.898 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İnzibati materiallar araşdırılarkən Şəxs göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal gəlirlər baş İdarəsinin **********816200 saylı, 07.05.2021-ci il tarixli qərarı ona təqdim edilməmişdir, o, qeyd olunan qərar ilə tanış deyildir, tanış olduqdan sonra, bu qərardan şikayət etmək hüququ vardır. İnzibati xəta haqqında materiallara isə Şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal gəlirlər baş İdarəsinin **********816200 saylı, 07.05.2021-ci il tarixli qərarının təqdim edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar