Məhkəmə qərarları › İş №3(010)-1104/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1104/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1104/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Adil Yusibovun, Borclu Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(010)-525/2021 saylı icra vərəqəsinə əsasən 01.04.2009-cu il təvəllüdlü X4, 16.10.2010-cu il təvəllüdlü X5, 21.04.2014-cü il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər üşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment 26 oktyabr 2020-ci il tarixdən hesablanmaqla Şəxs tutularaq X1 ödənilməlidir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Adil Yusibov göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(010)-525/2021 saylı icra vərəqəsinə əsasən 01.04.2009-cu il təvəllüdlü X4, 16.10.2010-cu il təvəllüdlü X5, 21.04.2014-cü il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər üşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment 26 oktyabr 2020-ci il tarixdən hesablanmaqla Şəxs tutularaq X1 ödənilməlidir. Borclu Şəxs işin məhkəmə baxışınadək tələbkar X1 olan borcundan 600 manat ödəmiş, tələbkara qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəmədə izahat vermiş borclu Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, işin məhkəmə baxışınadək tələbkar X1 olan borcundan 600 manat ödəmişdir. O, tələbkar X1 qalan borcunu tez müddətdə ödəyəcək. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarında olan bank qəbzlərindən müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, işin məhkəmə baxışı zamanı tələbkar X1 olan borcundan 600 manat ödəniş etmiş, tələbkar X1 qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar