Məhkəmə qərarları › İş №3(010)-1105/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1105/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1105/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu 05 avqust 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və eyni tarixli TP seriyalı ******* nömrəli qərarla bağlı X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş 05 avqust 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və eyni tarixli TP seriyalı ******* nömrəli qərarın ləğvinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Göründüyü kimi şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilir. Şikayətdə isə həm inzibati xəta haqqında protokolun həm də inzibati xəta haqqında qərarın ləğv edilməsi xahiş olunur. Həmçinin qeyd olunur ki, şikayət məhkəməyə poçt vasitəsilə 30 avqust 2021-ci ildə göndərilmiş, məhkəmənin icraatına 01 sentyabr 2021-ci ildə daxil olmuşdur. X2 öz şikayətində müvafiq qərarın surətini 23 avqust 2021-ci il tarixində əldə etdiyini bildirdiyinə baxmayaraq, bu hal heç bir sübutla təsdiqlənmir. Beləliklə, şikayətçinin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan prosessual müddət tələblərinə əməl etməsi halı müəyyən edilmir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, məhkəməyə istər inzibati xəta haqqında protokol, istərsə də müvafiq qərar təqdim edilməyib. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən əsasən, QƏRARA ALDİM: 05 avqust 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və eyni tarixli TP seriyalı ******* nömrəli qərarla bağlı X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar