Məhkəmə qərarları › İş №3(010)-1107/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1107/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1107/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Borclu Şəxs, X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin ijra məmuru X6 tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında MN ******* saylı 02 sentyabr 2021-ci il tarixli protokola əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05.10.2017-ci il tarixli, 2(005)-5943/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1.335 (bir min üç yüz otuz beş) manat məbləğində pul, cəmi 10.235 (on min iki yüz otuz beş) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu X3 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərov bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05.10.2017-ci il tarixli, 2(005)-5943/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1.335 (bir min üç yüz otuz beş) manat məbləğində pul, cəmi 10.235 (on min iki yüz otuz beş) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu X3 xeyrinə tutulması qət edilmişdir. Borclu əvvəllər qeyd olunan məbləğdən 800 (səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. Bundan başqa, borjlu işin məhkəmə gedişatında X2na olan borcundan əlavə olaraq 3.000 (üç min) manat ödəmişdir. Hal-hazırda borclu tələbkara borjlu olan qalan məbləği ödəməmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, əvvəllər X2na olan borcundan 800 (səkkiz yüz) manat ödəmişdir. Bundan başqa, işin məhkəmə gedişatında X2na olan borcundan 3.000 (üç min) manat ödəmişdir. O, X2na qalan borcunu tez müddətdə ödəyəcək və bu barədə məhkəmə qarşısında öhdəlik götürür. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, onunla Şəxs arasında olan borc münasibətləri mövcud olmuş, lakin cavabdeh ona olan borcunu qaytarmadığından o, Şəxs məhkəməyə vermiş və məhkəmə qətnaməsi ilə 10.265 manat məbləğində borc pulun Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir.Həmin qətnamədən sonra borclu Şəxs ona olan borcundan əvvəllər 800 (səkkiz yüz) manat ödəniş etmiş, qalan borcundan isə bu günkü günə qədər ödəniş etməmişdir. Lakin hazırki işin məhkəmə gedişatında borclu ona 3000 (üç min) manat ödəmişdir. O, qalan borcunun tam olaraq ödənilməsini istəyir. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, işin məhkəmə baxışanadək tələbkara olan borcundan 800 (səkkiz yüz) manat ödəniş etmiş, məhkəmə iclasında X2na olan borcundan 3000 (üç min) manat ödəniş etmiş, X2na qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar