Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1112/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin 24 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin 24 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Yuxarıda qeyd olunduğu kimi, MN seriyalı ******* nömrəli qərar 24 iyun 2021-ci ildə verilib. Şikayət isə məhkəməyə 03 sentyabr 2021-ci ildə, yəni qanunvericiliyin yuxarıda istinad edilən müddəalarında təsbit olunmuş prosessual müddətlər xeyli buraxıldıqdan sonra təqdim edilib. X3 şikayətində aşağıdakıları göstərir: «Barəmdə tərtib edilmiş protokol və qərarla tanış olmamışam, məlumatım olmayıb, rəsmi qaydada almamışam, yalnız İcra və probasiya şöbəsindən cərimənin olması barədə mənə məlumat verildikdə xəbər tutmuşam». Qeyd olunur ki, şikayətə həm inzibati xəta haqqında protokolun, həm də inzibati tənbeh vermə haqqında qərarın surətləri əlavə olunub. Beləliklə, sual yaranır. X1 inzibati xəta haqqında protokolu və qərarı almayıbsa, İcra şöbəsindən isə yalnız «cərimənin olması» barədə məlumat alıbsa (şikayətçi yuxarıda göstərilən sənədlərin surətlərinin ona İcra şöbəsində təqdim olunduğunu bildirmir), necə olub ki, o, həmin sənədlərin surətlərini öz şikayətinə əlavə edib. Göstərilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 dəlilini inandırıcı saymır. Beləliklə, təqdim olunmuş sənədlərlə X2 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələbinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin 24 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1112/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1112/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver