Məhkəmə qərarları › İş №3(010)-1114/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1114/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1114/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxx 1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 9, 1 nömrəli mənzildə qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxx 2020-ci il tarixdə, “Saipa Tiba SX” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili Qara Qarayev prospektində yolayrıcını keçmə qaydalarının pozmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarla 60 manat cərimə olunmuşdur. Lakin Şəxs cəriməni 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və nəticədə ona 36 manat dəbbə pulu hesablanmaqla cəriməsi cəmi 96 manat təşkil etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati cəriməni, dəbbə pulu ilə birlikdə, ödədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. “AsanPay” internet portalından çıxarışdan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarla tətbiq edilmiş cəriməni və qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməməsinə görə hesablanmış dəbbə pulunu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar