Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1115/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X16 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Naxçıvan MR, Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Hövsan qəsəbəsi, Mida 2 yaşayış kompleksində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xataya dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X10 protokolu onunla əsaslandırmışdır ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)- 407/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqinə əsasən o, X9 3 azyaşlı övladının saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində aliment ödəməlidir. Borclu tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilsə də, tam həcmdə ödənişlər edilməmiş və bu səbəbdən bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Onun barəsində müxtəlif icra tədbirləri görülmüş, ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur, lakin o yenə də ödəniş etməmiş, bugünə 14930 manat məbləğində aliment borcu yaranmışdır. Ona ödəniş edilməsi təklif edilsə də, ödəniş edə bilməmiş, noyabr ayında 10 gün müddətinə inzibati həbs olunmuş, bundan sonra dekabr ayında 200 manat, yanvar ayında 250 manat, fevral ayında isə 300 manat ödəniş etmişdir. O, hazırda kirayədə yaşayır, maddi vəziyyəti yaxşı deyil, daha əvvəl İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyi üçün hazırda İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə gətirilib. Şəxs yalnız hissə-hissə ödəniş edə biləcəyini bildirir, ancaq tələbkar buna narazılıq edərək aliment məbləğini tələb edir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, o əvvəllər DTX-da işləmiş, lakin 2016-cı ildə işdən kənarlaşdırıldı. Bundan sonra isə həyat yoldaşı ondan boşanmaq üçün müraciət etdi və 2016-cı ildən sonra aliment ödəyir. Uşaqları ona göstərmirlər, 2017-ci ildə onları Nəsimi rayon icra şöbəsində görmüşdür. Uşaqlarla ünsiyyətlə bağlı məhkəməyə müraciət etmişdir, ancaq hər dəfə uşaqların, keçmiş həyat yoldaşının polislə gətirilməsini istəmədi. Çünki orada qayınatası icra məmurları ilə mübahisə aparır, uşaqlar ağlayır, belə olmalarını istəmədi. Hazırda taksi fəaliyyəti ilə məşğuldur, müdiri ona aylıq ödəniş etməyində köməklik edəcəyini bildirdi. O aliment məbləğini ödəməkdən yayınmır, onlar onun uşaqlarıdır, sadəcə imkanı yoxdur. Barəsində inzibati həbs seçilməsi də uşaqların gələcəyi üçün mənfi göstəricidir. Onun həbs edilməyi kirayə evindən, işindən çıxarılmağı deməkdir. Belə olan halda isə həbsdən çıxdıqdan sonra yenidən iş, ev tapmağı çətin olacaq və aliment məbləğini daha da gecikdirəcək. Həbs olunmasa, heç olmasa işləyib ödəniş edə bilər. Hövsanda Mida 2 yaşayış kompleksində tək kirayədə qalır, uşaqlar isə anaları ilə birlikdə qayınatasının evində qalırlar. Tək qalır ailə qurmayıb. Daha əvvəl evi var idi, o, ipoteka ilə alınmışdı, sonra bank geri aldı, oradan 9000 manat pulu qalmışdı, həmin məbləği də uşaqlarını üçün tələbkara verdi. Uşaqları görmək üçün rəsmi müraciət etmiş, məhkəmə qərarı çıxarılıb. İcra məmuru öz səlahiyyəti daxilində icra tədbirlərini görür, ondan etiraz etmir, ancaq qarşı tərəf hər dəfə mübahisə yaradır, kənarda da uşaqları görmək üçün getmiş, ancaq uşaqların oxuduğu məktəbin direktoru, bağça müdiri qayınatasından qorxduğu üçün uşaqlarla görüşməyinə şərait yaratmayıb. Cərimə edilməyini məhkəmədən xahiş edir. Hazırda 14930 manat borcu var, 1000 manat cərimə edilsə belə azadlıqda olub işləyəcək, hissə-hissə ödəməyə çalışacaq. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-407/2018 nömrəli icra vərəqəsinə əsasən, Xətai rayon Məhkəməsinin 2(011)-1064/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 17 mart 2010cu il təvəllüdlü X3, 22 iyul 2012-ci il təvəllüdlü X2 və 09 sentyabr 2014-cti il təvəllüdlü X1 üçün iddiaçı X6 xeyrinə tutulan alimentin miqdarının artırılması, cavabdeh Şəxs 17 mart 2010-cu il təvəllüdlü X3, 22 iyul 2012-ci il təvəllüdlü X2 və 09 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqlar yetkinlik yaşma çatanadək iddiaçı X6 xeyrinə hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimenin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin Böyük icra məmuru Rauf Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-407/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla ümumilikdə 450( dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq X6 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Həmin qərara əsasən “Tələbin könüllü icrası haqqında” bildiriş borclu Şəxs ünvanına göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 1064/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırmağa səbəb olan hal aradan qaldırılanadək məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan AR DİN Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsindən Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, borclu Şəxs axtarışa verilmişdir. İş materiallarında olan borclu Şəxs xx.xx.2018-ci il tarixli izahatından görünür ki, o, ödəniş etmək üçün maddi imkanının olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 18-19744/18-9 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs yaranmış borcu haqqında məlumat verilmiş, 10 gün müddətinə ödəməyəcəyi təqdirdə AR CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş şəxs X7 Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-820/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 5348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunması qərara alınmışdır. İş materiallarında olan olan borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, taksi fəaliyyəti ilə məşğuldur, aylıq 600-700 manat əmək haqqı aldığına görə borcu tam şəkildə ödəməyində problemlərin yarandığını bildirmişdir. Bu il ərzində 250 manat yanvar ayında, 300 manat isə fevral ayında ödəniş etdiyini qeyd etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, borclu Şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-407/2018 icra sənədi üzrə 14930 manat borcu olması təsdiq edilir, borclu xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilsə də, heç bir nəticə əldə edilməmiş, borclu aylıq 450 manat alimenti ödəməmişdir. Göründüyü kimi Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə Şəxs əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi, onun inzibati xətaya görə inzibati tənbeh almış şəxs kimi eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, məsuliyyəti ağırlaşdiran hal kimi nəzərə alır. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-1115/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1115/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver