Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1116/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X18 qızının katibliyi ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, AR İXM-nin192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Belə ki, mübahisələndirilən qərardan görünür ki, 05 fevral 2025-ci il tarixli protokolla inzibati xəta haqqında işin materiallarına baxılaraq qeyd edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdən lazımi tarixədək X11, X14, X4 onun direktoru olduğu şirkətdə Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Qərar ona 21 fevral 2025-ci il tarixdə poçtla çatdırılmışdır. Halbuki AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə dair protokola Suraxanı Rayon Məhkəməsində baxılır və iş (№ 3(010)-902/2025 saylı) hakim Pərviz Muradovun icraatındadır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, əvvəla inzibati protokolla bağlı ümumiyyətlə araşdırma müzakirəyə cəlb edilməmiş, o, qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır ki, bu da prosessual pozuntudur. Bundan başqa, X11, X14, X6 direktoru olduğu "xxxx" MMC-nin işçiləri olmaqla Qarabağda xx.xx.2025-ci il tarix son iş günü olmuş və həmin günün səhəri də ərazini tərk etmişlər. Neymət Rzayev xəstəliyi ilə əlaqədar olaraq Sabunçu xəstəxanasına müraciət edərək bir neçə gün sonra ödündən əməliyyat olunmuş (bu barədə izahatı vardır), Zeynalov Ağaqulunun xx.xx.2025-ci il tarixdən artıq elektron bileti olmuş və 3 fevral 2025-ci il tarixdə artıq Sankt Peterbuq şəhərində olmuş, Rasim Səfərov da digər iş yoldaşları ilə birlikdə Qarabağı, Şuşanı tərk edərək əmək müqaviləsinə xitam verildiyi üçün artıq işlədikləri ərazidən çıxmışlar. Eləcə də, subpodratçı təşkilat olan AZSD şirkətinin təsdiqedici məktubu vardır. Bununla da, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. X9 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini və Suraxanı Rayon Məhkəməsinin 3(010)- 902/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarını nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X5 və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11, X14, X6 xx.xx.2025-ci il tarixdən lazımi tarixədək "xxxx" MMC-nin direktoru X9 tərəfindən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir; iş materiallarında olan sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında havalandırma ustası vəzifəsi üzə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə öz xahişi ilə müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur; iş materiallarında olan sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X14 arasında elektrik vəzifəsi üzə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə öz xahişi ilə müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur; iş materiallarında olan sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında elektrik vəzifəsi üzə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə öz xahişi ilə müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur; X2 xarici pasportu və biletin surətindən görünür ki, onun xx.xx.2025-ci il tarixdən bileti olmuş, xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasının Sankt Peterburg şəhərinə getmişdir. Həmin pasportdan həmçinin görünür ki, pasportda olan sərhədkeçmə ştampından həqiqətən də onun ölkə sərhədini 03 fevral 2025-ci il tarixdə keçməsi müəyyən edilir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X7, X8 və X2 əmək müqavilələrinə xitam verilən zaman işğaldan azad edilmiş ərazilərə iş icazələri də ləğv edilmişdir. Hazırda həmin şəxslərlə heç bir iş əlaqələri yoxdur. Hazırda vətəndaşların e-polis sistemində işğaldan azad olunuş ərazilərdə iş icazələri deaktivdir; buraxılış icazələri sənədlərindən görünür ki, X11 və X2 işğaldan azad olunmuş ərazilərə buraxılış icazələri yoxdur; X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yazdığı izahatından görünür ki, xx.xx.2025-ci il tarixə kimi işçisi olduğu "xxxx" MMC-ni Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi guya əmək müqaviləsiz işlətmələri ilə bağlı cərimə etməsi ilə bağlı bildirmişdir ki, onunla şirkət 31 yanvar 2025-ci il tarixdə əmək müqaviləsinə xitam vermiş və işlədiyi sahədən layihənin bitməsi ilə əlaqədar sifarişçi “AZCD” şirkətinin baş mühəndisi tərəfindən işdən çıxarılmışdır. Onunla birlikdə işçilər X14 və X6 da işdən azad olunmuş və onlar həmin gün ərazini tərk etmişlər. O, səhhəti ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən ağrıları ilə bağlı Bakı şəhərində Sabunçu rayon Mərkəzi Xəstəxanasında həkimə müraciət etmiş və sonradan 11 fevral 2025-ci il tarixdə X3 əməliyyat olunmuşdur. Yanvarın 31-i günü işdən azad olunduqdan sonra Şuşa Kəlbəcər avtobusu ilə X14 və X6 ilə birgə Bakıya qayıtmışlar və həmin vaxtdan da ağrıları ilə bağlı evində xəstə yatmışdır. O, 31 yanvardan sonra nə "xxxx" MMC ilə, nə də “AZCD” şirkətinin tikinti sahəsində heç bir əməkdaşlıq etməmiş, bu şirkətlərin işlərini görməmiş və ev şəraitində müalicə nəticə vermədiyi üçün 4 fevraldan etibarən əməliyyata hazırlaşmışdır; AZCD GROUP tərəfindən verilən xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Şuşa şəhəri Qarabağ küçəsində yeni inşa olunan FD-05 layihəsində AZCD GROUP QSC-nin № - Mep-/06/09/24 müqaviləyə əsasən subpodratçı olan "xxxx" MMC-nin X11, X14 və X6 adlı işçilərinin son iş günü xx.xx.2025-ci ildə sahədə iştirakı olmuşdur. Həmin işçilər xx.xx.2025-ci il tarixindən sonra Şuşa şəhəri FD-05 layihəsində çalışmayıb və inşaat ərazisinə daxil olmayıblar; gündəlik iş öncəsi təlimatlandırma formasına dair sənədin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-nin işçiləri (Neymət Rzayev, Rasim Səfərov və Ağaqulu Zeynalov da daxil olmaqla) təlimatlandırma formasına dair sənədi imzalamış, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək isə Neymət Rzayev, Rasim Səfərov və Ağaqulu Zeynalov əmək müqavilələrinə xitam verildiyi üçün təlimatlandırma formasına dair sənədi imzalamamışlar; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 27 oktyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Fərman Kərimzadə (Qaraçuxur qəs.) ev 952-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X11, X14, X6 xx.xx.2025-ci il tarixdən lazımi tarixədək direktor X9 tərəfindən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir; X1 qeyd etmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, qərar ona 21 fevral 2025-ci il tarixdə poçtla çatdırılmışdır. Halbuki AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Əvvəla inzibati protokolla bağlı ümumiyyətlə araşdırma müzakirəyə cəlb edilməmiş, o, qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır ki, bu da prosessual pozuntudur. Bundan başqa, X11, X14 və X6 direktoru olduğu "xxxx" MMC-nin işçiləri olmaqla Qarabağda xx.xx.2025-ci il tarix son iş günü olmuş və həmin günün səhəri də ərazini tərk etmişlər. Neymət Rzayev xəstəliyi ilə əlaqədar olaraq Sabunçu xəstəxanasına müraciət edərək bir neçə gün sonra ödündən əməliyyat olunmuş (bu barədə izahatı vardır), Ağaqulu Zeynalovun xx.xx.2025-ci il tarixdən artıq elektron bileti olmuş və 3 fevral 2025-ci il tarixdə artıq Sankt Peterbuq şəhərində olmuş, Səfərov Rasim də digər iş yoldaşları ilə birlikdə Qarabağı, Şuşanı tərk edərək əmək müqaviləsinə xitam verildiyi üçün artıq işlədikləri ərazidən çıxmışlar. Eləcə də, subpodratçı təşkilat olan AZSD şirkətinin təsdiqedici məktubu vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-902/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati məsuliyyətdən azad edilmiş və onun barəsində tərtib edilmiş 05 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarla X5 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iş üzrə görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X13 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1116/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1116/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver